Terrorla mübarizə: son bir həftədə 32 terrorçu zərərsizləşdirilib

Türkiyədə terrorla mübarizə əməliyyatları çərçivəsində son bir həftədə 32 terrorçu zərərsizləşdirilib.

Terrorla mübarizə: son bir həftədə 32 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi  ölkə daxilində və xaricdə  PKK/KCK/PYD-YPG  və DEAŞ başda olmaqla, terror təşkilatları ilə mübarizəyə aid son məlumatları yaydı.

 Məlumatda 30 noyabr-06 dekabr tarixlərində PKK/KCK terror təşkilatının ölkə daxilinə giriş marşrutu kimi istifadə etdiyi Diyarbəkir, Tunceli, Şanlıurfa və Şırnakda keçirilən geniş və orta miqyaslı əməliyyatların fasiləsiz davam etdirildiyi bildirilir.

Əməliyyatlarda 32 terrorçu zərərsizləşdirilib, terrorçuların istifadə etdiyi 39 mövqe, sığınacaq və anbar istifadəyə yayarsız hala gətirilib

"Fərat Qalxanı" əməliyyatında Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusu Azez-Cerablus arasındakı 243 yaşayış məntəqəsini və 2015 kilometrlik sahəni nəzarətə götürüb.

Beləliklə, "Zeytun Budağı" əməliyyatının başlandığı gündən etibarən zərərsizləşdirilən terrorçu sayı 4586 olub.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən martın 18-dən etibarən nəzarətə götürülən Afrində  294 mina və 1647 əl istehsalı partlayıcı maddə məhv edilib.



Әlaqәli Xәbәrlәr