Ərdoğan:"Ortaya çıxan mənzərə göstərir ki, Avropa demokratiya dərsindən sinifdə qalıb"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Avropa küçələrindəki görüntləri narahatlıqla təqib etdiklərini söylədi.

Ərdoğan:"Ortaya çıxan mənzərə göstərir ki, Avropa demokratiya dərsindən sinifdə qalıb"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbul Üsküdarda Toplu Açılış Mərasimində çıxış etdi.

Ərdoğan çıxışında Fransanın paytaxtı Paris başda olmaqla, bir sıra Avropa ölkəsinin küçələrininin qarışmış bir vəziyyətdə olduğunu söylədi.

Dövlət başçısı: "Avropa küçələrindəki görüntüləri narahatlıqla təqib edirik. Ümid edirəm ki, tezliklə Paris küçələrində 'Zülm 1789-cu ildə başladı' yazılarını görmərik. Biz həm nümayişçilərin yaratdığı xaos mənzərəsinə, həm də onlara tətbiq olunan zorakılığa qarşıyıq. Ortaya çıxan mənzərə göstərir ki, Avropa demokratiya dərsindən də, insan haqları dərsindən, azadlıqlar dərsindən də sinifdə qalıb” dedi.

Qeyd edək ki, noyabrın 17-də Fransada yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq başlayan "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən şiddətli etirazına çevrilib.

Nümayişçilər Fransa prezidenti Emmanuel Makrondan yanacaq vergilərinin azaldılmasını və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər.

Nümayiş dalğaları Belçikadan sonra Brüssel və Hollandiyaya da yayılıb.



Әlaqәli Xәbәrlәr