İbrahim Kalın ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşdü

Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın ilə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffri (James Jeffrey) arasında görüş keçirildi.

Görüşdə Münbiç yol xəritəsində əməkdaşlıq, Fərat çayının şərqində qalan digər sahələrdə də birgə fəaliyyətlərin həyata keçirilməsi ətrafinda fikir mübadiləsi aparıldı.
 
 Görüşdə Münbiç yol xəritəsinin həyata keçirilməsinin sürətləndirilməsi ilə bağlı razılıq əldə olundu, ilin sonunadək bu istiqamətdə  konkret bir irəliləyişin təmin edilməsinin vacibliyi qeyd olundu.
 
 İstanbulda keçən ay  Suriya məsələsi ilə bağlı keçirilən  dördtərəfli zirvə görüşündə əldə olunan uğurun qeyd edildiyi görüşdə Suriya mövzusunda əməkdaşlıq toplantılarının artırılmasının zəruriliyi ifadə edildi. 

Suriyada siyasi prosesin sürətləndirilməsi və uzunmüddətli həll üçün lazımi zəminin yaradılması məsələsində fikir birliyi əldə edildi.
 
 Türkiyənin terror təşkilatı PYD/YPG məsələsində dəqiq mövqeyi ifadə edilərək, Türkiyə sərhədində heç bir terror amilinin mövcudluğuna imkan verilməyəcəyi və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsindəki həssaslıq vurğulandı.
 
Әlaqәli Xәbәrlәr