Binəli Yıldırım: "Qonşuyuq, qardaşıq, əsrlərdir birlikdə yaşayırıq"

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə və İranın əsrlərdən bəri qonşu və qardaş ölkələr olduğunu söylədi.

Binəli Yıldırım: "Qonşuyuq, qardaşıq, əsrlərdir birlikdə yaşayırıq"

 

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Çin və Qırğızıstan səfərlərindən sonra terrorizm və ekstremizmlə mübarizə mövzusunda məclis sədrlərinin toplantısında iştirak etmək üçün İranın paytaxtı Tehrana səfər etdi.

 Binəli Yıldırım burada İran parlamentinin sədri  Əli Laricani ilə görüşdü.
 
 Mətbuata qapalı keçirilən görüşdən əvvəl qısa açıqlama verən Yıldırım: "Qonşuyuq, qardaşıq, əsrlərdir birlikdə yaşayırıq. Bu səbəbdən İranın başına bir iş gələrsə, biz bunu öz başımıza gəlmiş iş kimi qəbul edirik. Sizin sevinciniz bizim sevincimizdir" ifadələrini işlətdi.
 
Yıldırım Çabahardaki terror hücumunu qınadı, hücumda insanların həlak olması münasibətilə başsağlığı verdi.
 
 İran parlamentinin sədri  Əli Laricani  Yıldırımın Türkiyənin Baş naziri olduğu dövrdə iki ölkə münasibətlərinin möhkəmləndiyini qeyd etdi, bu yaxşı münasibətlərin davam etdirilməsini arzuladı.
 
Binəli Yıldırım Tehrandakı görüşləri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slutskiy ilə də bir araya gəldi.



Әlaqәli Xәbәrlәr