Səfir Karlovun öldürülməsi ilə bağlı məhkəmə yanvarın 8-də başlayacaq

Türkiyədə məhkəmə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı ittihamnaməni qəbul etdi.

Səfir Karlovun öldürülməsi ilə bağlı məhkəmə yanvarın 8-də başlayacaq

Türkiyədə məhkəmə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı ittihamnaməni qəbul etdi.

Cinayət işi ilə bağlı məhkəmə prosesi 2019-cu il yanvarın 8-də başlayacaq.

Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan və aralarında Fətullah Gülənin də olduğu 28 nəfərin yer aldığı ittihamnamədə şübhəli şəxslərə “konstitusiya quruluşunun devrilməsi”, “silahlı terror qruplaşmasına üzvlük”, “terror məqsədi ilə planlaşdırılan qətl” və digər ittihamlar irəli sürülüb, onlar barəsində ağırlaşdırılmış ömürlük və müxtəlif həbs cəzaları tələb edilib.

İttihamnamədə Karlovun həyat yoldaşı Marina Mixaylovna, həmçinin hücum zamanı yaralanan Anıl Deyer, Leyla Gündoğan və Anastas Zimrikaki də şikayətçi qismində yer alıblar.

İttihamnamədə  Karlov cinayətinin arxasında 15 iyul 2016-cı il tarixli çevriliş cəhdinin cinayətkarı və həmin zamanda bir casusluq və məxfi xəbər alma təşkilatı olan FETÖ-nün olduğu sui-qəsdin "Türkiyə və Rusiya arasındakı əlaqələrə yönəldilmiş təxribatçılıq xüsusiyyəti daşıyan bir ak" olduğu qeyd edilib.

Karlov cinayətinin Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək üçün FETÖ tərəfindən işləndiyi vurğulanan itihamnamədə təşkilatın cinayətdən təqribən 6 ay əvvəl planlaşdırdığı ifadə idilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən qətlə yetirilib. Səfirə atəş açan polis əməkdaşı Mövlud Mert Altıntaş əməliyyatın gedişində öldürülüb.



Әlaqәli Xәbәrlәr