Türkiyə prezidenti açıqlamalar verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə jurnalisti Camal Xaşoqçinin qatillərinin Səudiyyə Ərəbistanından gələn nümayəndə heyətinin tərkibində olduğunu, bunu başqa bir yerdə axtarmaq lazım olmadığını söylədi.

Türkiyə prezidenti açıqlamalar verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Dünya müharibəsinin sona çatmasının 100-cü ildönümü münasibətilə təşkil olunan Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya getməzdən əvvəl paytaxt Ankarada Esenboğa Hava Limanında açıqlamalar verdi.
 
 Prezident Xaşoqçi cinayəti ilə bağlı verdiyi açıqlamada: "Camal Xaşoqçi ilə bağlı əlimizdə məlumat var, gələn 15 nəfər cinayətkarı və cəsədin yerini bilir. Camal Xaşoqçi ilə bağlı Ərəbistan, Amerika Birləşmiş Ştatları və Avropaya tələbləri çatdırdıq. Xaçoqçinin qatilləri gələn 15, və ya 18 nəfərin içindədir. Başqa yerdə axtarmağa ehtiyac yoxdur" dedi.
 
 Ərdoğan Türkiyənin xoş niyyətinə qarşı Səudiyyə Ərəbistanın da ədalətli davranaraq, 18 nəfərin ifadələrini alaraq hadisəyə müəyyənlik gətirməsinin və bu şübhədən xilas olmasının vacibliyini vurğuladı.
 
 Prezident türkiyəli prokurorun Səudiyyə Ərəbistanına çağırılması ilə bağlı olaraq: "Bizim baş prokurorumuzu oraya çağırıb nə edəcəksən? Hadisə burada törədilib" dedi.
 
 Ərdoğan Parisdə fürsət olarsa, ABŞ prezidenti Donald Tramp ilə də görüşəcəyini bildirdi.
 
 



Әlaqәli Xәbәrlәr