Türkiyə BMT-ni islahata çağırdı

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Firudin Sinirlioğlu BMT Təhlükəsizlik Şurasını daha  demokratik, təmsilçi və məsuliyyətli bir orqana çevirən islahatların aparılmasına çağırdı. edib.

Türkiyə BMT-ni islahata çağırdı

 Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Firudin Sinirlioğlu BMT TŞ-da keçirilən "Beynəlxalq Sülh və Təhlükəsizliyin Qorunması" başlıqlı toplantıda çıxış etdi.
 
 Birtərəfliliyin ortaq dəyərlərdən, istisnacılığın da birgə məsuliyyətlərdən uzaqlaşmaq  mənasına gəldiyini bildirən Sinirlioğlu: "Çoxtərəfliliyin yeni bir dövrü ancaq burada, BMT Baş Katibliyində başlaya bilər. BMT sistemi daha həssas, təsirli, səmərəli və yol göstərici ola bilər" dedi.
 
 Sinirlioğlu prioritetlərin yenidən müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək: "İlk növbədə, BMT Təhlükəsizlik Şurasını daha  demokratik, təmsilçi və məsuliyyətli bir orqana çevirəcək islahatları aparmalıyıq"  dedi və BMT sisteminin qarşıdurma və böhranların qarşısını alınmasında daha təsirli olmasının əhəmiyyətini vurğuladı.
 
 Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi yerli hüquqi normaların BMT sistemi daxilində kollektiv səylərin nüvəsi olduğunu dilə gətirərək: "Məhəlli idarələr vətəndaş cəmiyyəti və özəl sektor ilə uğurlu tərəfdaşlıq mənbələrin təsirli bir şəkildə səfərbər edilməsinin açar faktorudur" deyə danışdı.



Әlaqәli Xәbәrlәr