Rəcəb Tayyib Ərdoğan 10 Noyabr Atatürkü Anma Proqramında çıxış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şimali İraqdakı terror yuvalarını bir - bir dağıdaraq Qəndili də, Sincarı da terrorçulardan xilas etmək yolunda irəlilədiyini bildirdi.

Rəcəb Tayyib Ərdoğan 10 Noyabr Atatürkü Anma Proqramında çıxış etdi

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində 10 Noyabr  Atatürkü Anma Proqramında iştirak etdi.

Proqramda çıxış edən  prezident türk millətinin, cevrilişlərə, xuntalara, proksi qüvvələrinin fərqli oyunlarına rəğmən hər zaman iradəsinə sahib çıxdığını, sözün də qərarın da özünə aid olduğunu ortaya qoyduğunu söylədi.
 
 Ərdoğan Türkiyənin humanitar yardım məsələsində milli gəlirə görə dünyada birinci olduğunu bildirdi.
 
Ötən gün gecə Hakkarinin Şemdinli rayonunda sursat anbarındakı partlayışda 4 əsgərin şəhid olduğunu, 20-yə yaxın əsgərin də yaralandığını bildirən Ərdoğan şəhidlərə Allahdan rəhmət, yaralılara da şəfalar dilədi, son həftədə 15 terrorçunun zərərsizləşdirildiyini bildirdi.
 
 Prezident: "Şimali İraqdakı terror yuvalarını bir-bir dağıdaraq Qəndili də, Sincarı da terrorçulardan xilas etmək yolu ilə irəliləyirik. Fəratın şərqindəki suriyalı qardaşlarımızın separatçı terror təşkilatının pəncəsi altında  inildədiyini bilirik. Çox yaxında bu bölgədəki məzlumların da təhlükəsizliyini və əmin-amanlığını təmin edəcəyik" dedi.
 
 Ərdoğan Türkiyənin Qərbin qapısında gözləyərək deyil, öz məhsullarını istehsal edərək, teknologiyanı inkişaf etdirərək  müasir mədəniyyətlər səviyyəsinə çıxacağını qeyd etdi.
 
Türkiyə prezidenti I Dünya müharibəsinin sona çatmasının100-ci ildönümü münasibətilə təşkil olunan Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya getməzdən əvvəl açıqlama verərək, Hakkaridə sursat anbarındakı partlayışda ölən əsgərlərin sayının 7-yə yüksəldiyini, 25 əsgərin də yaralı olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr