Atatürk dünya ölkələrində yad edildi

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk əbədiyyətə qovuşmasının 80-ci ildönümündə  dünyanın müxtəlif şəhərlərində mərasimlərlə yad edildi.

dunya 10 kasim1.jpg

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk əbədiyyətə qovuşmasının 80-ci ildönümündə  dünyanın müxtəlif şəhərlərində mərasimlərlə yad edildi.
 
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürknın paytaxtı Kanberra, Sidney və Melburn şəhərlərində Atatürkü anma tədbirləri keçirildi.
 
 Kanberrada Atatürkün abidəsinə əklil qoyulması ilə başlayan tədbir Türkiyənin Avstraliyadakı səfirliyində davam etdi.
 
 Mərasimlər Sidneydə Baş Konsulluq binasında, Melburnda isə Baş Konsulluq iqamətgahında vətəndaşların iştirakı ilə həyata keçirildi.
 
 Melburn Baş konsul əvəzi Osman İlhan Şənərin çıxışı ilə başlayan mərasimdə Qazi Mustafa Kamal Atatürk həyata vida etdiyi saat 9.05-də bir dəqiqəlik sükutla yad edildi.
 
 Daha sonra İstiqlal Marşı oxundu, Baş konsulun müavini Mehmet Uçar və dəvət olunan qonaqlar Atatürkdən və onun fəaliyyətindən bəhs etdilər.
 
 Yadetmə proqramının iştirakçılarına təşəkkür edən İlhan Şənər: "Türk milləti olaraq çox şanslıyıq. İngilis dövlət adamının da dediyi kimi, hər əsrdə bir millətə bir dahi nəsib olur. 20-ci əsrdə də bizə nəsib oldu. Vətənimizi xilas edən, Cümhuriyyətimizi quran Mustafa Kamal Atatürk və onun bütün silahdaşlarını böyük  hörmətlə yad edirik, həsrətlə xatırlayırıq" dedi.
 
 Ulu öndər Atatürk Malayziyanın paytaxtı Kuala Lumpur, İndoneziyanın paytaxtı Cakartada da mərasimlə anıldı.
 
 Türkiyə Səfirliklərində təşkil olunan tədbirlərdə Atatürkün Türkiyə və dünya miqyasındakı əhəmiyyəti vurğulandı.



Әlaqәli Xәbәrlәr