"Atatürk bütün millətlərə müstəqillik cəsarəti verdi", B.Yıldırım

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Atatürkün milli mübarizənin liderliyini öhdəsinə götürərək, bütün millətlərə müstəqillik cəsarəti verdiyini vurğuladı.

Yıldırım Qazi Mustafa Kamal Atatürkün vəfatının 80-ci ildönümü münasibətilə açıqlama verib.

Binəli Yıldırım açıqlamasında Atatürkün işğalçılara təslim olmağı düşünməyən böyük bir qəhrəman olduğunu bildirərək deyib ki, Mustafa Kamal “Millətin istiqlali, millətin əzm və qərarı ilə xilas olacaqdır” inancı ilə Türkiyə Cümhuriyyətinə müstəqillik qazandırdı, əzilən bütün millətləri də cəsarətləndirdi. Hazırda da Türkiyəyə hücumlar gizli şəkildə davam etdirilir. Türkiyə Cümhuriyyəti yeni idarə anlayışı ilə onun qurduğu təməllər üzərində, göstərdiyi hədəflərə doğru, böyük inanc və əzmlə irəliləməktədir.

Әlaqәli Xәbәrlәr