Ərdoğan BMT Baş Assambleyasına müraciət edəcək

Türkiyə Prezident Aparatından verilən məlumata görə...

Ərdoğan BMT Baş Assambleyasına müraciət edəcək

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində 25 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına müraciət edəcək, eyni zamanda, ABŞ-dakı sərmayə və biznes dairələrilə bir araya gələcək.

  Türkiyə Prezident Aparatından verilən məlumata görə, R.T.Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 73-cü Baş Assambleyasında ümumi danışıqlarda iştirak etmək üçün 23-27 sentyabr tarixlərində ABŞ-a səfər gedəcək. BMT Baş Assambleyasının ilk günü olan 25 sentyabrda Ərdoöan Baş Assambleyaya müraciət edəcək. O, Nyu-Yorkda olduğu zaman BMT-nin baş katibilə yanaşı çox sayda dövlət və hökumət başçısı ilə də ikitərəfli görüşlər keçirəcək.

  Türkiyə prezidenti həmçinin ABŞ-lı sərmayədarlar, biznesmenlər, iqtisadçılar və Amerikadakı türk-müsəlman cəmiyyəti nümayəndələrilə də bir araya gələcək.



Әlaqәli Xәbәrlәr