Türkiyə Suriya sərhədindəki hərbi birliklərə kömək göndərdi

Hərbi vasitələr Suriya sərhəd xəttinə sövq edilib.

Türkiyə Suriya sərhədindəki hərbi birliklərə kömək göndərdi

   Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya sərhədindəki hərbi birliklərə kömək məqsədilə göndərilən qısa lüləli top, zirehli personal daşıyıcı, tank və desant qoşunları sentyabrın 15-ində Türkiyənin Hatay rayonunun Hassa qəsəbəsindən keçərək Kırıkhana keçib. Hərbi vasitələr Suriya sərhəd xəttinə sövq edilib.

  Təhlükəsizlik tədbirləri altında irəliləyən hərbi maşınlar sərhəddəki hərbi birliklərə yardım məqsədilə göndərilib.



Әlaqәli Xәbәrlәr