• Video Qalereya

"Təlim-tədrisdə də tarixi dəyişikliklərə hazırlaşırıq", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-2019-cu il tədris ilinin başlaması münasibətilə mesaj paylaşıb.

"Təlim-tədrisdə də tarixi dəyişikliklərə hazırlaşırıq", R.T.Ərdoğan

   R.T.Ərdoğan mesajında bu sözləri əks etdirib:

  “İqtisadiyyatı güclü, cəmiyyət quruluşu möhkəm, dünyaya liderlik edən ölkələrin xüsusiyyətlərinin başında keyfiyyətli insan yaradan təlim-tərbiyə sistemi durur.

  Zəngin mədəniyyət təcrübəsini təmsil edən, gənc və dinamik əhalisi, gələcəyə iddiaları olan ölkəmizin hədəflərinə çatması nəsillərinə keyfiyyətli təhsil və tərbiyə sistemindən asılıdır. Türkiyənin xəyallarını hədəflərə, hədəflərini reallığa çatdırma mübarizəsində ən böyük güc qaynağı xarakterli, etimadı yüksək, milli və mənəvi dəyərli nəsillərimizdir. Bu anlayışla son 16 ildir təlim-tədris prioritetlərimizi başına çıxardaraq gələcəyimizin təminatı olan uşaqlarımız üçün imkanlarımızı səfərbər etmişik. 288 min yeni dərslik nəşr edərək, 605 min yeni müəllim işə götürərək, kurslarımızda tələbə sayını 30 fazidən aşağı edərək, dərs kitablarını pulsuz paylayaraq tədrisdə ölkəmizə yeni çağ bəxş etdik. Təhsildə bərabərlik və ədaləti təmin etmək üçün maddi vəziyyəti yaxşı olmayan tələbələrimizə məktəbdən universitetə qədər hər səviyyədə mühüm dəstəklər verdik. Yeni ilin payızında da günün ehtiyaclarını, inkişaf edən texnologiyaları və millətimizin gözləntilərini nəzərə alaraq bu sahədə islahatlarımızı fasiləsiz davam etdirəcəyik.

  Tədris keyfiyyətini yalnız texnoloji imkanlar və müasir binalarla təmin etmək mümkün deyil. Bunlara yanaşı, tələbələrin zehni inkişafını da asanlaşdırmaq, onların mənəvi tərəflərini də gücləndirmək lazımdır. Uşaqlarımızı günümüzün rəqabətli dünyaya da ən yaxşı şəkildə hazırlamalıyıq. Uzun nəfəsli bu hədəflərə çatmaq üçün dövlətin səylərilə yanaşı xalqımızın da əl-ələ verməsi şərtdir. Ailədə aktiv olmayan uşağın təlim-tərbiyə sistemində uğur şansı azdır. Hər biri cigər paramız olan övladlarımızın təlim-tərbiyəsini əmanət etdiyimiz müəllimlərimizə və təhsil cəmiyyətimizin bütün nümayəndələrinə bununla bağlı çox mühüm məsuliyyətlər düşür.

  Türkiyənin yeni idarəçilik sistemi ilə yanaşı hər sahədə yeni dövrə daxil oluruq. Bu dövr səbr, əmək, səmimiyyət və fədakarlıq istəyən uzun bir prosesdir. Təlim-tərbiyə məsələsində də tarixi dəyişikliklərə hazırlaşırıq. Övladlarımızı ən gözəl şəkildə yetişdirmək üçün vacib olan islahatları xalqımızla birlikdə reallaşdıracağımıza inanıram. Bu fikirlərlə 2018-2019-cu ilin yeni tədris ilində müəllim və şagirdlərimizə Rəbbimdən uğurlar arzulayıram".



Әlaqәli Xәbәrlәr