"Azərbaycan düşmənlərinin Türkiyədən sərhəd açmasını gözləmələri əbəsdir", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dost və qardaş ölkə Azərbaycanın paytaxtı Bakıda rəsmi mərasimlə qarşılanıb.

erdoğan bakü.jpg
ziyaret1(1).jpg
ziyaret6.jpg
ziyaret5.jpg
941623.jpg
Erdoğan.jpg

  Azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüş zamanı Türkiyə-Azərbaycan strateji əlaqələri və əməkdaşlığının inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunub.

  Türkiyə prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Bakının erməni daşnaklarından azad edilməsi münasibətilə keçirilən paradda iştirak və çıxış edərək deyib:

  “Qarabağ probleminin həll edilməsi, Ermənistanla münasibətlərin düzəlməsi şərtidir.

  25 il əvvəl Xocalıda baş verənlərin, Yuxarı Qarabağda qətlə yetirilənlərin hesabını verməyənlərin, qatilləri qəhrəman elan edənlərin bizə verəcəkləri heç bir tarix dərsi yoxdur. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq bacı-qardaşımızı doğma yurduna dönməsinə icazə verməyənlərin Türkiyədən sərhədləri açmasını gözləmələri əbəsdir və boşunadır."

  Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarına baş çəkib, Türk Şəhidlər Məzarlığı və Azərbaycan Şəhidlər Xiyabanını ziyarət edib.

  Türk Şəhidlər Məzarlığı abidəsinə Ərdoğan əklil qoyub və xatirə dəftərinə bu sözləri yazıb: “Əziz şəhidlərimiz, bir əsr əvvəl mübarək qanınızla yazdığınız böyük qələbə ilə qurtardığınız Bakıda bu günü böyük coşğu ilə qeyd edirik. Bizə əmanət qoyub getdiyiniz qardaşlığımızı daha da irəli aparmaq üçün Türkiyə və Azərbaycan birlikdə var qüvvəmizlə çalışırıq. 1991-ci ildə yenidən müstəqilliyini elan edən Azərbaycan ölkəmizin də dəstəyi ilə regionunun sabitlik və inam simvolu olaraq hər sahədə böyük uğurlara imza atır. Ruhunuz şad olsun".

  Azərbaycan prezidenti İlham Əliyev də abidənin şərəf dəftərinə 100 il əvvəl müstəqillik və azadlıq mübarizəsində ölkəsinin köməyinə gələrək şəhid olan türkiyəli əsgər və zabitlərin xatirəsinin özləri üçün əziz olduğunu vurğulayaraq yazıb: “Azərbaycan dövlətinin və xalqının istiqlalı uğrunda canını fəda edən türk qardaşlarının xidmətləri böyükdür. Bu gün bir daha qardaş Türkiyənin şəhidlərini ehtiramla yad edir, hər birinə Allahdan rəhmət diləyirəm. Onların dəfn olunduğu Türk Şəhidliyi türk əsgərinin şücaətini göstərməklə bərabər Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunun da sarsılmaz birliyi və əbədi qardaşlığını təcəssüm etdirir".



Әlaqәli Xәbәrlәr