Hulusi Akardan Münbiç açıqlaması

Türkiyə və Amerika Birləşmiş Ştatlarının  Münbiçdə təhlükəsizlik məqsədi daşıyan nəzarət fəaliyyətləri planauyğun şəkildə davam edir.

Hulusi Akardan Münbiç açıqlaması

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə və Amerika Birləşmiş Ştatlarının  Münbiçdə təhlükəsizlik məqsədi daşıyan nəzarət fəaliyyətləri istiqaməətində iki ölkənin hərbi qüvvələrinin birgə təliminə yaxın vaxtlarda başlanacağını açıqladı.
 
 Hulusi Akarın Münbiçtdəki birgə nəzarət fəaliyyətinə dair açıqlaması Milli Müdafiə Nazirliyinin internet saytından yayıldı.
 
Akar açıqlamasında bunları bildirdi: "Sonrakı mərhələdə başlaması planlaşdırılan birgə nəzarət fəaliyyətləri ilə bağlı hər iki ölkənin silahlı qüvvələrinə aid birliklərin birgə təlimlərinin yaxın zamanda başlanması nəzərdə tutulur". 



Әlaqәli Xәbәrlәr