Türkiyə prezidenti dollarla bağlı danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi hücumlara qarşı lazımi tədbirlər gördüyünü deyib.

Türkiyə prezidenti dollarla bağlı danışdı

   Ədalət və İnkişaf Partiyasının Rizə Rayon Rəhbərliyi Məşvərət Məclisinin Toplantısında çıxış edən R.T.Ərdoğan deyib: “Son günlər valyuta məzənnələrindəki dalğalanma bəhanə edilərək Türkiyə üzərində qara buludlar doldurulmağa çalışılır. Məsələnin isə dollar, avro, qızıl olmadığını biz yaxşı bilirik. Bunlar ölkəmizə qarşı açılan iqtisadi müharibənin güllə, mərmi, raketləridir. Biz, əlbəttə, bunlara qarşılıq vermək üçün lazım olan tədbirləri görmüşük, görürük. Amma əsas bu silahları alovlayan əlləri sındırmaqdır. Biz bu əlləri qırdığımız üçün bu hücumlara məruz qalırıq… Güman edirlər ki, valyuta məzənnəsini belimizə yüklədikcə Türkiyə yıxılacaq, maliyyə vasitələrini işə salanda bu xalq diz çökəcək, ölkə təslim olacaq. Türkiyə açıq iqtisadiyyatdır. Biz bunu sinə gərə-gərə inkişaf etdirmişik. Görünür, biz inkişaf edərkən kiminsə ayağına basılır… Türkiyə bütün dünyaya iqtisadi müharibə elan edən, sanksiya təhdidlərilə ölkələri xəraca bağlayan bu gücü əsla qəbul etmir… Nə etsəniz də, terror təşkilatlarının başlarını tapdalamaqdan geri durmayacağıq, Suriya və İraq siyasətimizin geri addım atmayacağıq… Türkiyə Rusiya, İran, Ukrayna, Çin və Hindistanla yerli valyutamızla ticarət edəcək”.



Әlaqәli Xәbәrlәr