Rәcәb Tayyib Әrodğanın ‘‘New York Times’’ qәzetindә mәqalәsi dәrc olundu

Әrdoğan ABŞ ilә yaşanan gәrginliyi ‘‘New York Times’’ qәzeti üçün yazdığı mәqalәdә qiymәtlәndirib.

Rәcәb Tayyib Әrodğanın ‘‘New York Times’’ qәzetindә mәqalәsi dәrc olundu

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ-ın birtərəfli addımlar atmağa davam edәcәyi tәqdirdә Türkiyәnin yeni dost vә müttәfiq aramağa başlayacağını bildirib.

Әrdoğan ABŞ ilә yaşanan gәrginliyi ‘‘New York Times’’ qәzeti üçün yazdığı mәqalәdә qiymәtlәndirib.

ABŞ-ı Türkiyənin suverenliyinə hörmətlә yanaşmağa çağıran Ərdoğan: "Bu növ addımlar tərəfdaşlığımıza zәrәr verir’’ deyә  vurğulayıb.

Ərdoğan: ‘‘ABŞ administrasiyasının Türkiyəyə qarşı atdığı birtərəfli addımlar yalnız ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir" deyә qeyd edib.

ABŞ rəhbərliyini  sərt dillə tənqid edən Ərdoğan: "Pensilvanyada yaşayan  Fәtulahçı terror təşkilatı FETÖ-nün başçısı 2016-cı ilin 15 iyul tarixindә dövlәt çevrilişinә cәhd etdi. Türkiyә xalqı ABŞ-ın bu cevriliş cәhdini qınamasını vә Türkiyә ilә hәmrәy olmasını gözlәdi. Ancaq ABŞ bu xain çevriliş cәhdini qınamadı. Ekstradisiya ilә bağlı tәlәblәrimizi yerinә yetirmәdi. Separatçı terror tәşkilatı PKK-nın Suriya qolu olan YPG/PYD-yә çox sayda silah göndәrdi. Bu silahlarla Türkiyә, Suriya vә İraqda günahsız insanlar öldürüldü’’ deyә vurğulayıb.



Әlaqәli Xәbәrlәr