• Video Qalereya

Pensilvaniya FETÖ-nün terror mərkəzidir

O, 1999-cu ildən bu yana təşkilatın Türkiyə və dünyada qurulmasını Pensilvaniyanın Saylorsburq qəsəbəsində yerləşən malikanəsindən idarə edir.

Pensilvaniya FETÖ-nün terror mərkəzidir

  Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatı. 15 İyul xain çevriliş cəhdi törədən Fətullahçı Terror Təşkilatının mərkəzi bazası. Terror təşkilatının bir nömrəli dəstəbaşı Fətullah Gülən 1999-cu ildən bu yana təşkilatın Türkiyə və dünyada qurulmasını Pensilvaniyanın Saylorsburq qəsəbəsində yerləşən malikanəsindən idarə edir.

  10 hektarlıq ərazidə yerləşən malikanə tam 3 min kvadrat metrdir. Ərazidə həm də qonaq evləri və əlavə məkanlar var. 

  Terror yuvasının girişindəki lövhədə yazılıb: "Qızıl nəsil “Chestnut” düşərgə mərkəzi".

  15 İyul xain dövlət çevrilişi cəhdini planlaşdıran terrorçu başı Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatında, bax, arxada gördüyünüz bu lüks, bağ-bağatlı villa evində yaşayır.

 FETÖ qərargahı, rəsmi statusu olmasa belə, fövqəladə tədbirlərə qarşı möhkəm qorunur. FBİ agentlərinin da aralarında olduğu silahlı təhlükəsizlik xidmətçiləri daim keşik çəkir. Ağacların üzərində belə kameralar var. Ətrafına bir nəfər də yaxınlaşa bilmir.

  Bu vəziyyətdən Saylorsburq sakinləri də narahatdır:

- On beş mil yaxınlıqda dünyada bir terrorçubaşı ilə qonşu olaraq yaşamaq məni çox narahat edir.

- Onunla bağlı narahatlığım Türkiyədə etdiyi dövlət çevrilişi cəhdi ilə bağlıdır.

- Bu ölkənin məqsədi nədir? Bəlkə çevriliş cəhdini buradada etmək istəyir?

- Nə qədər vaxt alar? Türkiyədə də etdiyini Amerikada edər, ya yox? Narahatlığım budur.

   Gülənin 10 hektarlıq ərazidə yerləşən malikanəsinin dəyərinin təxminən 10 milyon dollar olduğu bildirilir. Ərazidəki çox sayda bina, təhlükəsizlik və digər avadanlıqlar da əlavə ediləndə malikanənin dəyəri bu məbləğdən daha yüksəyə qalxır.

  Villa və bağçasının idarəsini terror təşkilatının “sirr qutusu” adlandırılan Cevdet Türkyolu yürüdür. Gülənin yaxın qohumu ilə evli olan C.Türkyolu illərdir təşkilat başçısına ən yaxın ad sayılır. "Uzun Cevdet" kimi tanınan Türkyolu və ailəsi daşınmaz əmlak zənginliyi ilə də diqqət çəkir. Türkiyə tərəfindən qaytarılması istənilən adlar arasında olan Cevdet Türkyoluna aid evlərdə Amerika bayraqları asılıb.

  Türkiyə Pensilvaniya malikanəsindən idarə edən FETÖ dəstəbaşı Fətullah Gülənlə bağlı ABŞ-a indiyə qədər 7 ayrı-ayrı geriqaytarma tələbi irəli sürüb. Tələblərin 4-ü Gülənin 15 İyul dövlət çevrilişi cəhdindən əvvəlki, 3-ü isə sonrakı dövrünü əhatə edir. Bütün dəlillər iki ölkə arasında imzalanan geriqaytarma müqaviləsi əsasında müntəzəm olaraq Vaşinqtonla paylaşılır. Buna baxmayaraq, ABŞ indiyə qədər birbaşa Fətullah Gülənlə bağlı heç bir istintaqa başlamayıb. Terror təşkilatı başçısı Pensilvaniya ştatındakı malikanədən FETÖ-nün fəaliyyətlərini yürütməkdə davam edir.



Әlaqәli Xәbәrlәr