Rәcәb Tayyib Әrdoğan 15 iyul yürüşünә qatılacaq

Bu barәdә Prezident Aparatının sözçüsü  İbrahim Kalın mәlumat verib.

Rәcәb Tayyib Әrdoğan 15 iyul yürüşünә qatılacaq

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan iyulun 15-dә Ankara vә İstanbulda şәhid ailәlәri vә qazilәrlә bir araya gәlәcәk.

Fәtullahçı Terror Tәşkilatı FETÖ-nün 15 iyul xain dövlәt çevrilişinә cәhdinin ikinci ildönümündә keçirilәcәk yürüşә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan da qatılacaq.

Bu barәdә Prezident Aparatının sözçüsü  İbrahim Kalın mәlumat verib. Mәlumata görә, Dövlәt başçısı ilk olaraq Ankaradakı Şәhidlәr xiyabanını ziyarәt edәcәk.

Ərdoğan 15 iyul "Demokratiya və Milli Birlik Günü"ndə Ankaradakı proqramını bitirdikdən sonra İstanbula yola düşəcək, Şəhidlər körpüsü ilə Şəhidlər xiyabanını ziyarət edəcək. Prezident yürüşdən sonra xalqa müraciət edəcək. 



Әlaqәli Xәbәrlәr