"Hamımız dinclik bilmədən çalışacağıq", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, eynilə 98 il əvvəl olduğu kimi, bu gün də milli iradənin üzərində heç bir fani güc tanımadıqlarını söylədi.

seref madalyası.jpg

  Əski Türkiyə Böyük Millət Məclisi binasında Nazirlər Kabinetinin 1-ci iclasının açılış mərasimində etdiyi çıxışda Ərdoğan deyib: “Gələcəyimizə inamla baxan bir Türkiyə inşa edənə qədər hamımız dinclik bilmədən çalışacağıq".  

  R.T.Ərdoğan bu çıxış zamanı çəkilən şəkli də sosial media hesabı “twitter”dən paylaşıb.

  Türkiyə prezidenti Prezident Kompleksində Türkiyə Böyük Millət Məclisinin sədri və Türkiyə Cümhuriyyətinin 27-ci baş naziri Binəli Yıldırıma “Dövlət Şərəf Medalı” vermə mərasimində də iştirak edərək deyib: “Bu medal dövlətimizin mənfəəti, ölkəmizin və xalqımızın bölünməzliyi, cəmiyyətimizin əmin-amanlığı, birlik və bərabərliyi üçün üstün müvəffəqiyyət göstərənlərə verilir. Keçmiş yol və iş yoldaşım Binəli bəyə ölkəmizə göstərdiyi xidmətlərə görə minnətdarlığımı bildirir və təbrik edirəm".



Әlaqәli Xәbәrlәr