"Cağatay" ilk dəfə yol-patrul xidmətinə çıxdı

Türkiyədə Ramazan bayramında vətəndaşların əmin-amanlıq və təhlükəsizliyinin təmin olunması məqsədilə müxtəlif tədbirlər həyata keçirən Baş Polis Baş İdarəsi  bayram tətili münasibətilə avtomobil yollarındakı nəqliyyat sıxlığına nəzarət edir.

Bayram  günlərində yollara havadan da nəzarəti drone-larla təmin edən idarə qısa  müddət əvvəl inventarına əlavə etdiyi "Cağatay" adlı PUA-dan il dəfə Çorumda istifadə etdi.
 
Eniş zolağına ehtiyacı olmayan, şaquli qalxma və enmə imkanına malik "Çağatay" ilk yol-patrul xidmətində Osmancık rayonundakı Qara dənizi  Anadolu bölgəsinə və İstanbula bağlayan  D100 magistral  yolunda avtomobillərin hərəkətini müşahidə etdi.
 
  Aviasiya İdarəsinin pilotları tərəfindən yerdən idarə olunan PUA yüksək səviyyəli müəyyən etmə qabiliyyətinə malik kameralarla qeyd etdiyi görüntüləri mobil təhlil etmə vasitəsinə ötürdü.
 
Görüntülər sayəsində həm magistral yolda  qaydaları pozan sürücülər aşkar edildi, həm də nəqliyyatın axınının intensivliyinə nəzarət təmin olundu.

Yol kənarındakı polis dəstələri qaydaları pozan sürücülər barəsində məlumatlandırıldılar, həmin sürücülərə xəbərdarlıq edildi və onlar cərimələndilər.

Әlaqәli Xәbәrlәr