Rәcәb Tayyib Әrdoğan Muktәda әs-Sadrı tәbrik edib

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rәcәb Tayyib Әrdoğan Muktәda әs-Sadrı tәbrik edib

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan İraqda keçirilәn parlament seçkilәrindә qәlәbә qazanan  ‘‘Sairun İttifaqı’’nın lideri Muktәda әs-Sadrı tәbrik edib.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә ‘‘Sairun İttifaqı’’ nın lideri Muktәda әs-Sadr arasında telefon danışığı olub.

Rәcәb Tayyib Әrdoğan söhbәt zamanı mayın 12-dә keçirilәn seçkilәrin nәticәsinin bütün İraq xalqına  xeyirli olmasını arzulayıb.

Dövlәt başçısı Әrdoğan Türkiyәnin İraqın birlik vә bәrabәrliyinә böyük әhәmiyyәt verdiyini dә qeyd edib.

Müktәda әs-Sadr isә öz növbәsindә Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğana tәşәkkür edib vә İraq-Türkiyә әlaqәlәrini daha da inkişaf etdirmәk  mәsәlәsindәki qәtiyyәtini vurğulayıb.



Әlaqәli Xәbәrlәr