• Video Qalereya

NATO-nun baş katibi Ankarada səfərdədir

Baş katib Stoltenberqi Milli Müdafiə naziri Nurəddin Canikli qarşılayıb, daha sonra heyətlər arasında görüş başlayıb.

NATO-nun baş katibi Ankarada səfərdədir

Baş katib Stoltenberqi Milli Müdafiə naziri Nurəddin Canikli qarşılayıb, daha sonra heyətlər arasında görüş başlayıb. 

Canikli görüşdən əvvəl NATO baş katibinə "Terrorla mübarizədə göstərdiyiniz anlayış və dəstəyə görə təşəkkür edirik" deyib. 

Stoltenberq daha sonra Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə bir araya gəlib. 

Baş katibin görüşlərində Türkiyə-NATO əlaqələri, “Zeytun budağı” əməliyyatı, terrorla mübarizə, 2018 Brüssel zirvəsinə hazırlıq prosesi və regional mövzular gündəmdə olacaq. Görüşlərdə həmçinin ABŞ, Fransa və İngiltərənin Əsəd rejiminə qarşı həyata keçirdiyi əməliyyat da müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr