Avropa Parlamentinin qərarı obyektivlikdən uzaq və qərəzlidir

Türkiyə Avropa Parlamentinin Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı ilə əlaqəli qərarının obyektivlikdən uzaq və qərəzli olduğunu bildirdi.

Avropa Parlamentinin qərarı obyektivlikdən uzaq və qərəzlidir

Türkiyə Avropa Parlamentinin Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı ilə əlaqəli qərarının obyektivlikdən uzaq və qərəzli olduğunu bildirdi.

Xarici İşlər Nazirliyinin mövzuyla əlaqəli açıqlamasında qeyd edilib ki, Avropa Parlamentinin “Zeytun budağı” əməliyyatına dair qəbul etdiyi qərar obyektiv deyildir və qərəzli qəbul edilən qərardır.

Açıqlamada bildirilib ki, Avropa Parlamentinin martın 15-də qəbul etdiyi “Suriyadakı vəziyyət” adlı qətnamədə Türkiyəyə edilən çağırış parlamentin həqiqətdən uzaq düşməsinin göstəricisidir. 

“Zeytun budağı” əməliyyatı terrora qarşı aparılan mübarizədir. Türkiyə bu antiterror əməliyyatını beynəlxalq hüquqa uyğun olaraq, BMT Nizamnaməsinin 51-ci maddəsindən qaynaqlanan qanunu müdafiə haqqı ilə Təhlükəsizlik Şurasının terrora qarşı mübarizəyə dair qərarları çərçivəsində və Suriyanın ərazi bütövlüyünə hörmət prinsipi əsasında aparır.

Əməliyyatın hədəfində Afrin bölgəsində yerləşən PKK/KCK/PYP-YPG terror təkilatı ünsürləri ilə Suriyanın başqa hissələrindən gələrək bu ərazidə bəzi yerləri tutan DEAŞ ünsürləri yer tutur. PKK Avropa İttifaqının terrorçu təşkilatlar siyahısındadır. Bu baxımdan əməliyyat yalnız Türkiyənin deyil, Avropanın da təhlükəsizliyinin təmin edilməsi yönündə beynəlxalq qanunlara əsaslanan bir hərəkatdır.

Əməliyyat çərçivəsində mülki şəxslərin zərər görməməsi üçün lazım gələn tədbirlərin görüldüyü bildirilən açıqlamada vurğulanıb ki, Türkiyəyə qarşı ortaya qoyulan bu ittihamlar əsassızdır və haqsızdır. Avropa Parlamentinin Türkiyənin terrorla mübarizə cəhdlərini gözdən yayındırıb terror təşkilatı mənbəli əsassız iddialara etibar etməsi izah edilə bilməz. Türkiyə Suriyada başda Şərqi Quta olmaqla yaşanan humanitar faciənin başa çatdırılması və İdlib daxil digər bölgələrdə gərginliyin azaldılması ilə bölgədə dincliyin təmin edilməsi istiqamətində ən çox cəhd göstərən ölkələrdən biridir. Həmçinin Suriya böhranının siyasi yollarla həlli üçün verdiyi dəstəklə də aparıcı rol oynamaqdadır.

Sənəddə Türkiyə Avropa Parlamentini, Avropa İttifaqına üzv ölkələri Suriyada davam edən 7 illik böhranın başa çatması, silahlı münaqişənin dayanması istiqamətində məsuliyyəti üzərinə götürməyə və fəallıq göstərməyə dəvət edib.

Qeyd edək ki, Avropa Parlamenti martın 15-də “Suriyada vəziyyət”lə bağlı qəbul etdiyi qətnamədə Türkiyəni Afrindən çıxmağa çağırıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentində bu istiqamətdə edilən çıxaşlara cavab olaraq martın 15-də bildirib ki, terrorçuları bölgədən təmizləyənə, işimizi bitirənədək Afrindən çıxmayacağıq.



Әlaqәli Xәbәrlәr