Yunanıstan təhlükəli addımlar atmaqdan imtina etməlidir

Türkiyə Yunanıstan ilə Əgə dənizində gərginlik yaşanmasının iki tərəfin də marağına olmadığını bildirdi.

Yunanıstan təhlükəli addımlar atmaqdan imtina etməlidir

Türkiyə Yunanıstan ilə Egey dənizində gərginlik yaşanmasının iki tərəfin də marağına olmadığını bildirdi.

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Kardak qayalıqları ətrafında baş verən gərgin vəziyyətdən sonra açıqlama verdi.

Açıqlamada “Türkiyənin Xarici İşlər Nazirliyi məslətçisi  Yunanıstan Xarici İşlər Nazirliyinin Baş katibliyinə zəng edərək bu ölkənin təhlükəli addımlarına son qoymasının vacibliyini açıq-aşkar dilə gətirmişdir” deyə bildirildi.

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlama ilə əlaqəli suala yazılı cavab verildiyini vurğulayaraq deyib ki, Yunanıstanın Xarici İşlər Nazirliyi fevralın 13-də verdiyi açıqlamada Kardak qayalıqları bölgəsində baş verən təhlükəli hadisəyə dair nazirliyimizə sərt şəkildə etirazlarını bildirdiklərini bəyan etmişdir. Təəssüf ki, Yunanıstan tərəfi bu açıqlama ilə həm öz ictimaiyyətini aldatmış həm də həqiqətləri hər zaman olduğu kimi təhrif etmişdir. Yunanıstan silahlı qüvvələrinin qərəzli hərəkətləri havada və dənizdə davam edir. Belə hərəkətlərə tolerant göstərə bilməyəcəyimizs, Egey dənizində gərginliyin dərinləşməsinin iki ölkənin də marağına olmadığıir, Yunanıstanın bu təhlükəli hərəkətlərdən imtina etməsinin vacibliyi bu ölkənin rəsmilərinə bildirilmişdir.  



Әlaqәli Xәbәrlәr