Xarici İşlər naziri Mövlud Çavuşoğlu Küveytdə görüşlərini davam etdirir

Görüşlərdə ikitərəfli və regional mövzularda fikir mübadiləsi aparılıb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Küveytdə görüşlərini davam etdirir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Küveytdə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moqerini (Federica Mogherini) Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin, Bosniya və Herseqovinanın Xarici İşlər naziri İqor Crnadak və Macarıstan Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto ilə ikitərəfli danışıqlar aparıb.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, "DEAŞ-la Mübarizə Beynəlxalq Koalisiyası Xarici İşlər Nazirləri Yığıncağı" və "İraqın yenidən abadlığı üzrə Beynəlxalq Konfransı" na qatılmaq üçün Küveytdə olan Çavuşoğlu Moqerini ilə bir araya gəlib.

Türkiyə-Aİ əlaqələrilə yanaşı Suriyadakı vəziyyətin müzakirə olunduğu görüşdə aprel ayında Brüsseldə keçiriləcək "Suriyanın gələcəyi" mövzulu konfransın hazırlıqların da danışılıb.

 Çavuşoğlu ayrıca Ukraynanın Xarici İşlər naziri Klimkin Bosniya və Herseqovinanın Xarici İşlər naziri Crnadak və Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Szijjarto ilə də ikitərəfli və regional mövzularda fikir mübadiləsi aparıb.



Әlaqәli Xәbәrlәr