Rәcәb Tayyib Әrdoğan vә Kral Salman bin Әbdülәziz Әl Suud arasında telefon danışığı olub

Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, telefon danışığında ikitәrәfli әlaqәlәr vә Suriya mәsәlәsi müzakirә olunub.

Rәcәb Tayyib Әrdoğan vә Kral Salman bin Әbdülәziz Әl Suud  arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә Sәudiyyә Әrәbistanı Kralı Salman bin Әbdülәziz Әl Suud arasında telefon danışığı olub.

Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, telefon danışığında ikitәrәfli әlaqәlәr vә Suriya mәsәlәsi müzakirә olunub.

Mәlumatda dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın Kral Salmana Türkiyәnin Afrindә terrorçulara qarşı apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatı ilә bağlı mәlumat verdiyi qeyd olunub.

Rәcәb Tayyib Әrdoğan terrorçuların tәzyiqi ilә Afrindәki evlәrini tәrk etmәk mәcburiyyәtindә qalan әrәb, kürd vә Türkmәnlәrin dә әmәliyyatı dәstәklәdiklәrini bildirib.

Tәrәflәr Suriyanın ərazi bütövlüyünün  və siyasi həllin önəmini vurğulayaraq  bu məsələdə birgə səyi və əməkdaşlığı genişləndirməyin faydalı olacağını qeyd ediblәr.

Səudiyyə Ərəbistanı Kralı Salman bin Әbdülәziz  Cenevrə prosesini və Suriya mövzusundakı beynəlxalq səyləri dəstəklədiklərini ifadə edib.



Әlaqәli Xәbәrlәr