“Terror dəhlizi ancaq Türkiyəni mühasirəyə almağa yönəlib", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan böyük və güclü Türkiyənin inşasını dayandırmaq üçün çoxşaxəli və məzəli çirkli plan həyata keçirildiyini söylədi.

“Terror dəhlizi ancaq Türkiyəni mühasirəyə almağa yönəlib", R.T.Ərdoğan

    Ankara Cümhurbaşkanlığı Sarayında keçirilən Valilər Konfransında Amerika Birləşmiş Ştatları ilə baş verən viza gərginliyinə toxunan R.T.Ərdoğan Vaşinqton rəhbərliyinə çox sərt mesajlar verib:

  “Bu planın içində məzhəb və etnik təxribatlar, terror təşkilatlarına sahib çıxma var. Bu qanlı oyunun içində fiqur olaraq PKK, FETÖ, DHKP-C, DEAŞ kimi əstələrdən istifadə edilir.

  ABŞ-ın Türkiyə vətəndaşlarına viza təxiri məsələsini ortaya çıxaran buradakı ABŞ səfiridir. ABŞ-ın Türkiyə kimi strateji ortağını bir səfirə fəda etməsi qəbulolunmazdır.

  Əgər bu böyüklükdə Amerika Birləşmiş Ştatlarını Ankaradakı bir səfir idarə edirsə, təəssüflər olsun. Proses əslində bunu göstərir. ABŞ “Sən mənim strateji müttəfiqimlə belə davran, belə hərəkət et” deməliydi, amma demədi.

  Türkiyə viza müraciətlərinin təxirəsalınmana, vətəndaşlarına qarşı atılan haqsız addımlara görə hərəkət edir. Problemi böyüdən heç vaxt biz deyilik. Biz qəbilə dövləti deyilik, Türkiyə Cümhuriyyəti dövlətiyik. Bunu qəbul edəcəksiniz. Gözləyirik ki, tezliklə ağıllı qərar verərək ziyanın yarısından qayıtsınlar, dostluq və müttəfiqliyimizə xələl gətirəcək addımlardan geri çəkilsinlər.

  ABŞ-ın İstanbuldakı Konsulluğunda yerli kadr olaraq çalışan, diplomatik toxunulmazlığı olmayan, ölkəmizin bir vətəndaşı ilə hüquqi proses qayda, müqavilə və Vyana Konvensiyasına uyğun şəkildə aparılır. Həbs olundu. 4 oktyabrdan nə yaxınları, nə də vəkillə görüş tələbi olub. Söylənənlər yalandır. Ancaq dünən (11 sentyabr) görüş istəyib.”

  Sonra R.T.Ərdoğan Türkiyənin cənub sərhədi boyu yaradılmağa çalışılan terror dəhlizinin məqsədinin DAEŞ-lə mübarizə olmadığını vurğulayıb:    

  “Terror dəhlizi yalnız Türkiyəni mühasirəyə almağa yönəlib. Heç kim bizi aldatmasın.

  ABŞ Türkiyənin silahalma müraciətlərinə müsbət cavab vermir, amma terror təşkilatlarından bir qəpik belə pul almadan silah verir. Niyə? Türkiyəni cənubdan mühasirəyə alsınlar deyə. 3500 yük maşını Şimali Suriyaya daxil olub. Suriyanı dünyanın ən böyük silah bazarına çevirənlər, əli qanlı qatilləri ən müasir silahlarla təchiz edənlər bütün bunları yəqin ki, demokratiya eşqinə etmirlər. Bunların demokratiya ilə əlaqəsi yoxdur, qətiyyən yoxdur.”



Әlaqәli Xәbәrlәr