"Kıbrıs probleminin həlli bölgə sabitliyi baxımından əhəmiyyət daşıyır"

Baş nazir Binali Yıldırım Yunanıstana səfəri çərçivəsində Alexis Çipras ilə bir araya gəlib.

"Kıbrıs probleminin həlli bölgə sabitliyi baxımından əhəmiyyət daşıyır"

İki həmkarın görüşü zamanı Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin 15 iyul xain çevriliş cəhdindən sonra Yunanıstana qaçan çevrilişçi terroristlərin ekstradisiya edilmələri mövzusu da gündəmə daxil edilib.

Baş nazir Binali Yıldırım danışıqlardan sonra təşkil edilən mətbuat konfransında mövzuya toxunaraq: “Yunanıstana qaçaq çevrilişçilərin ekstradisiyasını tələb edirik. Bu mövzunun iki ölkə arasındakı əlaqələrə zərbə endirməməsini arzulayırıq və buna etina göstəririk”.

Kıbrıs mövzusuna da toxunan Binali Yıldırım, məsələnin həllinin həm Türkiyə həm də Yunanıstan baxımından əhəmiyyət daşıdığını, mənimsənəcək həll yolunun, ədalətli olmasının, Adada yaşayan Türklərin və Rumların gələcəkdəki təhlükəsizliyini zəmanət altına alacaq xüsusiyyət daşımasının lazım gəldiyini vurğulayıb.

Yunanıstan baş naziri Çipras da öz növbəsində: “Məhkəmənin qərarını yüksək qiymətləndirib və hörmət göstərməliyik”. Alexis Çipras, Kıbrıs problemi haqqında da : Kıbrısda ədalətli və daimi həll yoluna həmişəkindən daha çox zərurət var. Problemin həlli nəticəsində bölgədə sabitlik hökm sürəcək. Problem BMT qərarları çərçivəsində həll edilməlidir”.



Әlaqәli Xәbәrlәr