Dünyanın ən çox qaçqın qəbul edən ölkəsi Türkiyədir

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirdi.

Dünyanın ən çox qaçqın qəbul edən ölkəsi Türkiyədir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyada müharibə və zorakılıq səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalanların sayının ən yüksək səviyyəyə çatdığını açıqladı.

Komissarlığın məlumatına görə, keçən il müharibə üzündən evini tərk edənlərin sayı 40 milyon 300 min , ölkəsindən qaçanların sayı isə rekord səviyyəyə çataraq 22 milyon 500 min oldu.

Başqa ölkəyə sığınacaq üçün rəsmi müraciət edənlərin sayı 2 milyon 800 mindir.

Hər dəqiqə 20 nəfər qaçqın statusuna düşür.

Keçən il dünya miqyasında qaçqın statusuna düşənlərin sayı 2015-ci ilə görə 300 min artdı.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı keçən il Türkiyədə təxminən 2 milyon 900 min qaçqının olduğunu və Türkiyənin dünyada ən çox qaçqın qəbul edən ölkə olduğunu vurğuladı.

Türkiyədən sonra 1 milyon 400 min qaçqına ev sahibliyi edən Pakistan və təxminən 1 milyon qaçqının məskunlaşdığı Livan gəlir.

Komissarlığa görə, Suriya qaçqınları 5 milyon 500 min nəfərlə qaçqınlar siyahısında birinci yerdə gəlirlər. Sonra 3 milyon 500 min nəfərlə Əfqanıstan, 1 milyon 400 min nəfərlə Sudan gəlir.

Qaçqınlar arasında böyük rəqəm uşaqların payına düşür. Qaçqınlar ən çox inkişaf etməkdə olan ölkələrə sığınırlar.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Grandi qlobal problem olan qaçqın böhranının qəbul edilməyəcək dərəcədə böyük ölçülər aldığını söylədi.

Grandi dünyanı qaçqınlarla həmrəy olmağa çağırdı, münaqişələrin və müharibələrin qarşısının alınması üçün daha ciddi addımların atılmasının vacibliyini vuğuladı.

 

 



Әlaqәli Xәbәrlәr