Şimali Kıbrıs Türk Cümhuriyyətinin banisi Rauf Dənkdaş vəfatının 7-ci ildönümündə yad edilir

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti, Kıbrıs davasının lideri Rauf Dənkdaşı ölümünün ildönümündə yad etdi.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin banisi Rauf Dənkdaş vəfatının 7-ci ildönümündə yad edilir
Rauf Denktaş ölümünün ildönümündə yad edildi
Rauf Denktaş ölümünün ildönümündə yad edildi

Rauf Denktaş ölümünün ildönümündə yad edildi

Şimali Kıbrıs Türk Cümhuriyyətinin banisi Rauf Dənkdaş vəfatının 7-ci ildönümündə yad edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti, Kıbrıs davasının lideri Rauf Dənkdaşı yad etdi.

Ərdoğan sosial şəbəkə “Twitter”da etdiyi paylaşmada Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti, Kıbrıs davasının lideri Rauf Dənkdaşı vəfatının 7-ci ildönümündə hörmət və rəhmətlə yad edirəm” ifadələrini işlətdi.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucusu Rauf Dənkdaş vəfatının 7-ci ildönümündə yad edilir.

Kıbrıs Türk xalqının azadlıq mübarizəsində əhəmiyyətli yer tutan prezident Rauf Dənkdaş vəfatının 7-ci ilində unudulmadı.

Kıbrısın Baf bölgəsində 27 yanvar 1924-cü ildə anadan olan Dənkdaş iptidai təhsil üçün 1930-cu ildə İstanbula göndərilib. Daha sonra Kıbrısa qayıdan Rauf Dənkdaş 1941-ci ildə Lefkoşa ingilis məktəbundan məzun olub. Kıbrıs Türk xalqının azadlıq mübarizəsinin lideri Dr. Fazil Küçükün “Xalqın səsi” qəzetində yazılar yazmağa başlayıb. Bir müddət Qazimağusada tərcüməçi, məhkəmələrdə məmurluq və İngilis məktəbində müəllim işləyən Rauf Dənkdaş 1944-cü ildə hüquq təhsili üçün Lincoln’s İnndə təhsil almaq üçün İngiltərəyə gedib. 1947-ci ildə Adaya qayıdıb, vəkil və prokuror olaraq işləyən Dənkdaş 1956-cı ildə baş prokuror vəzifəsinə təyin olunub.

1949-cu ildə Aydın Dənkdaşla evlənən Dənkdaş 1955-ci ildə adanı Yunanıstanın tərkibinə qatma ideyası olan Enosislə mübarizədə və EOKA terror təşkilatı qarşısında Kıbrıs Türklərinin müqavimətini istiqamətləndirmişdir.

Rauf Dənkdaş 1 avqust 1958-ci ildə Türk Müqavimət Təşkilatını (TMT) qurub və rumların Türk kəndlərinə hücumuna etiraz edib.

Həmin il Türk Camaat Məclisilə İcra Komitəsi Sədrliyinə seçilib. 16 avqust 1960-cı ildə 650 nəfərlik Türk alayı Magosa limanına addım atıb.  1963-cü il hadisələrindən sonra Dənkdaş görüşlər keçirmək məqsədilə paytaxt Ankaraya gəlib. Sonra isə bir qayıqla Kıbrısa gedib və Türk müqavimətini təşkilatlandırmağa başlayıb.

1964-cü ildə London Konfransından sonra Rum icmasının ilk lideri Makarios tərəfindən arzuolunmaz adam elan edilib və 1967-ci ildə Adaya gizli şəkildə girərkən saxlanılıb. Ciddi təşəbbüslər nəticəsində Türkiyəyə geri qaytarılıb. 1968-ci ildə Adaya girməsinə dair qadağan qərarı ləğv olunduqda Kıbrısa qayıdıb.

Kıbrıs məsələsinin həlli üçün 1968-ci ildə ilk müzakirələri başladan Dənkdaş sabiq Rum liderlər Spiros Kiprianu, Yorqos Vasiliu, Qlafkos Klerides və Tasos Papadopulos ilə illərlə müzakirə etmişdir.

1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisi sədrliyinə seçilən Rauf Dənkdaş siyasət həyatına daxil olub.  1973-cü ilədək Kıbrıs prezidentinin köməkçisi və Kıbrıs Türk İdarəsinin sədri vəzifələrində işləyən Dənkdaş 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin elan edilməsindən sonra dövlət və məclis sədrliyi vəzifəsini öhdələnib.

Dənkdaş konstitusiya əsasları istiqamətində 1976-cı ildə keçirilən seçkilərdə prezident olub və 1981-ci il seçkilərində ikinci dəfə hakimiyyətə gəlib.15 noyabr 1983-cü ildə Şimali Kıbrıs Türk Cümhuriyyətinin elan edilməsindən sonra qurucu prezident vəzifəsini öhdələnən Rauf Dənkdaş 1990 və 1995-ci illərdə keçirilən seçkilərdə də ikinci üçüncü dəfə prezident seçilib.   

Rauf Dənkdaş 13 yanvar 2012-ci ildə 88 yaşında vəfat etmişdir.



Әlaqәli Xәbәrlәr