Özbəkistanda Konstitusiya günü qeyd edildi

Bu əlamətdar gün münasibətilə 136 məhkum əfv edildi.

Özbəkistanda Konstitusiya günü qeyd edildi

Bu gün Özbəkistan konstitusiyasının qəbul olunmasının 26-cı ildönümüdür.

Paytaxt Daşkənddə Özbəkistan Forumlar Sarayında bu əlamətdar günə həsr olunmuş təntənəli mərasim keçirildi.

Tədbirdə hökumət üzvləri, deputatlar, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Mərasimdə Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxış edərək, iştirakçıları Konstitusiya günü münasibətilə təbrik etdi, yeni şəraitdə siyasi, hüquqi və digər sahələrdə aparılan islahatlardan danışdı.

Dövlət başçısı  konstitusiyanın hər bir vətəndaşın hüquq və azadlıqlarının, qanunların aliliyinin təmin edilməsinin, hüquqi və demokratik dövlət qurulculuğunun, xalqın həyat şəraitinin yaxşılaşdırılmasının hüquqi qarantı olduğunu bildirdi.

Mirziyoyev son iki ildə vətəndaşların hüquq və azadlarının qorunması, insanların həyat şəraitinin yaxşılaşdırılması, uzun illər ərzində yığılıb qalan problemlərin həlli ilə bağlı 90 qanunun, 2000 fərmanın imzalandığını qeyd etdi.

Mirziyoye ölkə konstitusiyasının qəbulunun 26-cı ildönümü münasibətilə törətfiyi cinayətə görə peşman olan 136 məhkumun əfv edilməsinə dair sərəncam imzaladığını söylədi.

Konstitusiya gününə həsr olunmuş tədbir konsert proqramı ilə başa çatdı.

 



Әlaqәli Xәbәrlәr