• Video Qalereya

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” keçiriləcək

2018-ci il 16-20 aprel tarixlərində baş tutacaq “Türkiyə Günləri Həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcəkdir.

Bu barədə məlumatı universitetin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli verib.

Mətbuat katibi qeyd edib ki, həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, Rəşad Nuri Güntəkinin “Bir yudum su” hekayəsi əsasında tamaşa göstəriləcək.

Tədbirin açılış mərasimi 16 aprel saat 11:00-da Bakı Avrasiya Universitetinin akt zalında (ünvan: Akademik Həsən Əliyev 135 A) baş tutacaq. Həftə içində digər günlər isə tədbir saat 12:00-da başlayacaq. 

Qeyd edək ki, tədbir Yunus Emre İnstitutunun Bakı Avrasiya Universiteti ilə birgə təşəbbüsü və təşkilatçılığı ilə hazırlanıb. 

Әlaqәli Xәbәrlәr