TİKA-nın sәdri '‘Qazaxıstan Dövlәtinin Müstәqilliyinin 25-ci ili’’ ordeni ilә tәltif edildi

Orden Sәrdar Çama Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinov tәrәfindәn tәqdim olunub.

TİKA-nın sәdri '‘Qazaxıstan Dövlәtinin Müstәqilliyinin 25-ci ili’’ ordeni ilә tәltif edildi

Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin sәdri Sәrdar Çam ‘‘Qazaxıstan Dövlәtinin Müstәqilliyinin 25-ci ili’’ ordeni ilә tәltif edilib.

Orden Sәrdar Çama Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinov tәrәfindәn tәqdim olunub.

Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin mәrkәzi Qәrargahında tәşkil olunan mәrasimdә TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TİKA-nın sәdri Sәrdar Çam, TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, Azәrbaycanın TÜRKSOY-dakı nümayәndәsi Elçin Qafarlı, Qırğızıstanın TÜRKSOY-dakı nümayәndәsi Hocagәldi Quliyev vә TİKA sәdrinin müavinlәri iştirak ediblәr.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn TÜRKSOY-un baş katibi Düsen Kaseinov  Türkiyә Qazaxıstan münasibәtlәrinin  müxtәlif layihәlәr çәrçivәsindә davam etdirildiyini, layihәlәrin әhәmiyyәtli qisminin TİKA tәrәfindәn  hәyata keçirildiyini bildirib. O bildirib ki,  türk dünyasında yardım deyilәndә insanların ağlına ilk olaraq  TİKA gəlir. 

Təqdim olunan mükafatı böyük sevinclə  qəbul edən Sәrdar Çam  bundan sonrakı fəaliyyətində də Qazaxıstan dövlәti vә bütün Türk dünyasına xidmәt etmәk üçün  çalışacağına söz verib.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş da hәmin ordenin  Qazaxıstan prezidentinin fәrmanı ilә verildiyini vә bu ordendәn  Türkiyәdә yalnız 6 nәfәrә tәqdim olunduğunu deyib.

Qeyd edәk ki, TİKA-nın Qazaxıstanda hәyata keçirdiyi әn böyük layihә Xaca Әhmәd Yasevi Türbәsinin bәrphasıdır.

Xoca Əhməd Yəsəvinin Türküstan şəhərində yerləşən türbəsində  bu günə qədər  ən geniş bərpa işləri aparılıb və türbə  Türküstan şəhərinin yaranmasının 1500-ci ildönümündə iki ölkə prezidentləri tərəfindən ziyarətə açılıb.



Әlaqәli Xәbәrlәr