Əli Həsənov AŞPA-nın Azərbaycana dair qəbul olunmuş sənədlərinə münasibət bildirib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AŞPA-nın Azərbaycana dair qəbul olunmuş sənədlərinə münasibət bildirib.

Əli Həsənov AŞPA-nın Azərbaycana dair qəbul olunmuş sənədlərinə münasibət bildirib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AŞPA-nın Azərbaycana dair qəbul olunmuş sənədlərinə münasibət bildirib.

Əli Həsənov subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsinin, təzyiq cəhdlərinin artmasının Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etidiyini deyib. 

Ə.Həsənov bildirib ki,hesab edirəm ki, AŞPA müəyyən maraqlı antiazərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi mənfi münasibətindən irəli gələn məsələdir. Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir. Əlbəttə, bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri vardır və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcəkdir.

Qeyd edə ki, Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.



Әlaqәli Xәbәrlәr