• Video Qalereya

Güneyin Çağdaş Ozanları-3/2018

Mircamal Hüseyninin yaradıcılıq dünyasından...

Güneyin Çağdaş Ozanları-3/2018

Güneyin Çağdaş Ozanları-03/2018

Mircamal Hüseyninin yaradıcılıq dünyasından...

Mircamal Hüseyninin yaradıcılıq dünyasından Qәlәmim adlı şeiri:

QƏLƏMİM                                                                                                                                    

Ey mənim duyğulu odlu qələmim

Həyatın o gizli üzündən danış

Ey şərəf yurdunda əsən ələmim

Qorxmaz ol vicdanın əlindən yapış

 

Yaşamın sirrini öyrəndin demək

Çox baha uğurdur çox gözəl paydır

Qiyməti min dəfə ölmək dirilmək

Zülmətdə doğulmuş bir yeni aydır

 

Zaman da birləşir fasilələr də

Qorxuda itirir özünü insan

Saxta qürurların lap iç üzündə

Aydın həqiqəti ayaqlayırsan

 

Hansısa bir gücü axtaranların

Göz ucu baxsanız müəmmasına

Tapmayır bir arxa gizləyə canın

Özü də lam baxır uçulmasına

 

Elə çal qanadı bilməsin fələk

Yaxanı vicdanın əlinə vermə

Uç yerdən, havalan görünməz ruh tək

Nə duyğu danışsın nə də kələmə

 

Vücudum böyüyüb gəlmir əynimə

Daşıya bilməyir ruhumu bədən

Ey sənin yolunda əzab çəkdiyim

Saxlaya bilmədin İnciyi vətən.

Mircamal Hüseyni 1973 ildә qәdim adı Muğan, dәyişdirilmiş adı Parsabad olan şәhәrdә dünyaya gözlәrini açdı. İptidai vә orta mәktәbi hәmin şәhәrdә qurtardı, sonra әsgәrlik xidmәtini başa çatdırdı vә ailәsinin dolanışığı üçün işlәmәyә başladı. Evlәndi, ailә qurdu sonra paytaxd Tehrana üz tutdu. Ora getdikdәn sonra ali tәhsilә başladı, Şiraza getsә dә tәhsilini başa çatdırdı. Mircamalın qardaşı Mircәlil Hüseyni dә şairdir vә Mircamalın әdәbiyyat alәminә üz tutmasında qardaşının da tәsiri olub. Sadәcә olaraq o da deyil, Azәrbaycanın görkәmli şairlәri ilә ünsiyyәt yaradıb vә şeir sәnәtinin incәliklәrinә varıb.

Mircamal Hüseyni, Güney Azәrbaycandakı gәnc nәslin odlu-alovlu şairlәrindәn biridir. Şairlәrimiz tarix boyu xalqımızın görәn gözü, danışan dili, sinәsindә vulkan qoparan şәxsiyyәtlәr olmayıb ki!? Bir xalqın şairlәri susursa, demәli o xalq artıq yetim bir uşağa, ağzı-dili olmayan bir yazığa dönübdür. Şükür ki, şairlәrimiz әsrlәr boyu xalqımızı heç vaxt yazıq olmağa qoymayıb, onlara gecәnin әn qaranlıq çağında nurlu çıxış yolunu göstәrib.

Mircamal Hüseyninin “özümәm” adlı şeirini təqdim edək sonra söhbәtimizi davam etdirәk.

ÖZÜMƏM                                                                                                                             

İstəkdən törənən bir həvəsəm mən

Həsrətin çəkdiğim bir nəfəsəm mən

Özüm qayırdığım bir qəfəsəm mən

Qəfəs də özüməm quş da özüməm

 

Kimsələr odlanır kimin oduna

Əzrayıl dolanır adam oduna

Yaşı da yandırdıq quru şotuna

Quru da özüməm yaş da özüməm

 

Gözümdən göyərdi udduğum sözlər

Bu sözdən utanır heç yalan üzlər ?

 Sevgimin bağından yadigâr közlər

Kədər də özüməm xoş da özüməm

 

Dəlilim nədir ki varam zamanda

İnsanlıq uyubdur  tozlu romanda

Tamahın üstündə tökülən qanda

Güllə də özüməm qan da özüməm

 

Hərdən İnciği də azdırır ilğım

Özümə yıxıldım mən necə qalxım?

 Özüm utanmadım üzümə durdum

Qapaz da özüməm baş da özüməm.

 

Mircamal Hüseyni Muğan Әdәbiyyat dәrnәyinin fәal üzvü olub. Bu dәrnәkdә hәmişә alovlu çıxışlar edib. Bәs şair nә cür danışmalıdır, diyәcәksiniz?! Haqlısınız… Tәbii ki, millәtinin yolunu işıqlandıranlar tarix boyu nәlәrlә üzlәşiblәrsә Mircamal da üzlәşib, üzlәşәcәk, bu tәbii haldır. Mircamal indiyә kimi dörd şeir kitabı hazırlayıb, ancaq hәlә dә onları çap etdirmәyә nail ola bilmәyib. Niyә belә olub, o siyasi mәsәlәdir, biz dә siyasi mәsәlәdәn uzağıq. Osmanlı İmperiyasının tәnәzzül dövründә xalqın dәrdi dili olan Namiq Kamalın bir bәndini sözün burasında sizlәrә təqdim edək:

 Zalim olsa ne rütbe bi-perva

Yine bünyad-ı zulmü biz yıkarız.

 Merkez-i xake atsalar da bizi

Kürre-i arzı patlatır da çıkarız.

Yaxşı bilirsiniz ki, o dövrün hakimiyyәti Namiq Kamalın azadlıq vә müsavat tәlәb edәn şeirlәrindәn qәzәblәnmiş vә onu zindana atmışdı. Ancaq zindana atılmaq onu daha da odlu-alovlu bir şairә çevirdi vә gün gәldi, dövran döndü hakimiyyәt tar-mar olub getdi, lakin Namiq Kamalın әqidәsi qәlәbә çaldı.

Sonda Mircamal Hüseyninin Qoruq Ada adlı şeiri:

QORUQ   ADA

Yenə düşüncəmə hopub qaranlıq

Daha xəyalımın üzü qırışıb

Diləklər çəliksiz yol gedə bilmir

Həqiqət dilləri bu yerdə laldır

 

Bu yerdə bülbüllər gecə oxuyur

Burada ürəklər sevgiyə yaddır

Sevinc nə olduğun ürəklər bilmir

Gələcək söyləyən keçmişdə qalır

 

Addımlar məqsədin tanımayırlar

Ocaqlar tüstüyə tamarzı qalıb

Başımız dumana çənə qarışıb

Odur ki, şəkillər mənasız baxır

 

Odur ki şəkillər danışmayırlar

Leçəyin adına papaq deyirlər

Dözüm qırışına ütü çəkilir

Dodaqlar öpüş yox ağı tanıyır

 

Boğazlar nəfəs yox ip axtarırlar

Bu yerin havası ağırlaşıbdır

Burda bağırtını udmamaq olmaz

Qəbir qazanların vaxtı çatışmır

 

Dözüm qırışına ütü çəkilir

Ürəyim duyğudan çıxmaq istəmir

Quşların qanadın yolubdur yellər

Obanın itləri hürmür uluyur

 

Bəlkə də həyata bəlkə də mənə

Bu yerin torpağı zəlidən dolub

Odur ki baxışlar pıçıldaşıllar

Burada dənizlər dalğalanmayır

 

Odur ki şəkillər danışmayırlar

Bu yerin adına qoruqda ada

Hərdəndə qarğanmış ada deyirlər.



Әlaqәli Xәbәrlәr