"Üçüncü dünya müharibəsi ola bilərmi?”

Dövlət Aparatının sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində 14.04.2018 tarixində dərc olunan "Üçüncü dünya müharibəsi ola bilərmi?” başlıqlı məqaləsi.

"Üçüncü dünya müharibəsi ola bilərmi?”

“Daily Sabah” qəzetində 14.04.2018 tarixində dərc olunan "Üçüncü dünya müharibəsi ola bilərmi?” başlıqlı məqaləsində İ.Kalın Suriyadakı son proseslərə toxunaraq yazıb: “Amerika Birləşmiş Ştatları və Rusiya Suriya rejiminin 7 apreldə Dumada həyata keçirdiyi kimyəvi hücum üstündə bir-birilə döyüşəcəkmi? Baş verənlər Üçüncü Dünya Müharibəsinin başlanğıcıdırmı?  Şişirdilmiş bəyanat və söz savaşını bir kənara qoysaq, “xeyr” cavabını verə bilərik. Məsələ “soyuq müharibə dövrünün bağlanmamış hesabları"dır.

  Bəşər Əsəd rejiminin 7 apreldə yenə kimyəvi silahlardan istifadə etdiyinə dair əsaslı dəlillər var. Dünya Səhiyyə Təşkilatı Dumada təxminən 500 nəfərdə “zəhərli kimyəvi maddələrə məruz qalmaqla üst-üstə düşən əlamət və simptomlar"ın olduğunu müəyyən edib. Növbəti kimyəvi hücum nəticəsində 70-dən çox insan həyatını itirib.

  Suriya rejimi ilk dəfə deyil öz xalqına qarşı kimyəvi silahlardan istifadə edir.

  2013-cü ildə rejimə ciddi bir cavab verilsəydi, Suriya böhranının gedişatı dəyişərdi. O zaman bənzər hadisə baş verərkən ABŞ prezidenti Barak Obama bunu qırmızı xətt olaraq açıqlamış, ancaq rejimdən haqq-hesab soruşmamış və bu addımın təkrarlanmaması üçün hərəkət etməmişdi.

  Obamanın bu uğursuzluğu Rusiya və İranın Suriyaya girməsini təmin etdi. Əsəd rejimi beləliklə, tam devrilmək ərəfəsində yenidən canlandı...” Bununla yanaşı Obamanın bu hərəkəti Əsəd rejiminə yeni bir xilasedici yol açaraq, məhv olmaq ərəfəsində rejimə yenidən fəallıq qazandırdı.. O zaman veriləcək ciddi və strateji bir reaksiya Suriya müharibəsinin gedişini dəyişə və gələcəkdə mümkün olan kimyəvi hücumların qarşısını ala bilərdi.

 Digər tərəfdən, öz başına iyrənc bir müharibə cinayəti olan kimyəvi silahların istifadə edilməsi Suriya faciəsinin yalnız bir hissəsidir. 21-ci əsrin bu ən amansız müharibəsinin nəticəsi olaraq yüz minlərlə insan öldü və milyonlarla insan ya qaçqın oldu, ya da öz ölkələri daxilində ev-eşiyindən edildi. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın haqlı olaraq dediyi kimi adi silahların istifadəsi nəticəsində bu ana qədər daha çox insan öldü və beynəlxalq cəmiyyət bu faciəyə bir reaksiya verməyərək, Suriya xalqını bir tərəfdə Əsəd rejiminin digər tərəfdə isə DAİŞ və digər terrorçu qrupların vəhşiliyinə tərk etdi. Suriya xalqı Suriya müharibəsində iki canavardan birini seçim etmək məcburiyyətində deyildi və deyildir də. Türkiyə kimi bir neçə ölkə istisna olmaqla dünyanın çoxu Suriya xalqına arxa çevirdi. 7 apreldə keçirilən kimyəvi hücuma ciddi yanaşılmalı və rejim törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətli görülməlidir. Görüləcək mümkün tədbirlər arasında rejimin kimyəvi və digər ölümcül qabiliyyətlərini məhv etməyi qarşısına məqsəd qoyan hərbi müdaxilə ola bilər. Bundan başqa Türkiyə BMT Təhlükəsizlik Şurasının hadisəni araşdırmaq üçün verdiyi qərara da dəstək vermişdir. Bu zaman Kimyəvi Silahların Qadağan Edilməsi üzrəTəşkilatı (OPCW) Dumaya kimyəvi silahların istifadə edildiyini tədqiq etməsi üçün vəzifələndirdiyi nümayəndə heyəti göndərir. Bu heyətə işini görməsi üçün bütün imkanlar verilməlidir.

Trump rəhbərliyi necə bir reaksiya verəcəyinə hələ qərar verməyib. ABŞ və Rusiya arasındakı gərginlik yüksəkdir, ancaq bir dünya müharibəsini başlamayacaqlar. Ötən dörd il ərzində Suriya əfsanəsindən dünya gücləri və regional ölkələr tərəfindən öz geosiyasi mövqeləri üçün istifadə edilib. Bu vəziyyətdə indi bir dəyişiklik olması isə heç də mümkün deyil. Çünki əsl problem budur ki,  mərkəz nöqtəsi müharibəyə son qoymaq istəmir, müharibədən Suriya, İraq və digər yerlərdə nüfuz sahələri yaratmaq üçün müxtəlif formalarda istifadə etmək istəyir. DAİŞ-ə qarşı mübarizədən işğalçılıq siyasəti və siyasi güc aksiyalarını qanuniləşdirmək üçün bir maska kimi istifadə edilir. Bu geosiyasi gərginliyi artırma siyasətindən ən çox fayda əldə edən Əsəd rejimi və tərəfdarları olduqda, Suriya xalqı isə hələ də əzab çəkməkdə davam edir.

"Soyuq Müharibənin bitməmiş işləri" təsviri ikiqütblü dünya sisteminin başa çatdıqdan sonra davamlı bir nizamın ortaya çıxmadığı həqiqəti ilə əlaqəlidir. Qərbli olmayan ölkələrin, xüsusilə Rusiya və Çinin hiss etdikləri güc sahəsindəki bərabərsizlik qlobal sistemdə vaxtaşırı fasilələr yaranmasına səbəb olurdu. Beynəlxalq sistemin sülhü, nizami, azadlığı və rifahı hər kəs üçün təsis etməsindəki uğursuzluğu 1990-cı illərdən bu yana həddsiz fəlakətə yol açdı. Birinci Körfəz Müharibəsi, Bosniya və Ruandadakı soyqırımlar, Fələstinin heç bitməyən iztirabı, Afrika və Asiyadakı uğursuz dövlətlərin yayılması, terrorizmin və ekstremizmin artması və varlı ilə kasıb arasındakı fərqin artması bu yeni qlobal nizamsızlıq və qarışıqlıq dövrünün nəticələrindəndir. Rusiya kimi ölkələr özlərini Soyuq Müharibədən sonrakı dövrdə güc tarazlığının itirənləri kimi görürlər və bu vəziyyəti öz xeyirlərinə olacaq şəkildə dəyişmək istəyirlər. Nəticədə Suriya da bu daha böyük müharibənin yalnız bir səhnəsidir. Suriyadakı da daxil olmaqla hazırda davam edən döyüşlərin gələcəyi yeni bir güc tarazlığının necə və nə vaxt qurulacağından asılı olacaq. Həmçinin sülhün və ədalətin hər kəs üçün zəmanət altına alınmasından da eləcə.

ABŞ və Rusiya arasında mövcud olan gərginliyə gəldiqdə isə, keçən il Xan Şeyxunda olduğu kimi ABŞ tərəfindən müəyyən rejim hədəflərinə qarşı keçiriləcək məhdud hava hücumları ilə nəticələnməsi mümkündür. Trump rəhbərliyi o zaman güclü bir mesaj vermişdi və indi də bunu yerinə yetirməsi olduqca mümkün görünür. Bundan başqa Trump Obama olmadığını və bir qırmızı xəddin pozulduğunu gördüyü an buna cavab verdiyini dünyaya göstərmək istəyir. Rusiya isə rejimi dəstəkləməkdə davam edəcək və rejim qüvvələrinə qarşı genişmiqyaslı hücumlardan çəkinərək gərginliyi azaltmağın yolunu axtaracaq.

 Bu strategiya oyunu nümayiş etdirilərkən özümüzə bunu xatırlatmalıyıq: Dünyanın ən inkişaf etmiş silahlarına malik olmaq ən ağıllı strategiyaya sahib olduğu mənasını daşımaz. Suriya müharibəsini və Suriya xalqının iztirabını sona çatdırmaq, zamin duran ölkələr vasitəsilə edilən müharibələrdən və geosiyasi güc ortaya qoymaqdan irəli getməsi vacib olan bir strategiya tələb edir. Bu strategiya Əsəd rejimi ya da DAİŞ, Əl-Qaidə, PYD və ya YPG kimi terror təşkilatları olmadan qanuni, demokratik və tam bir siyasi nizam yaratmağı diqqət mərkəzində saxlamalıdır.



Әlaqәli Xәbәrlәr