• Video Qalereya

“Nə etsələr də, bizi bir-birimizdən ayıra bilmədilər...” İ.Əlili

Video-müsahibə. TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonağı İradə Əlilidir: araşdırmaçı-yazıçı, şair, on kitab müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı.

“Nə etsələr də, bizi bir-birimizdən ayıra bilmədilər...” İ.Əlili

Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonağı İradə Əlilidir: araşdırmaçı-yazıçı, şair, on kitab müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, A.M.Nağıyev adına Milli Dəyərlərin Qorunması Təşkilatının elmi müşaviri. İradə xanım, xoş gəlmisiniz TRT-yə.

İradə Əlili: Çox sağ olun. Dəvətə görə sizə və TRT-nin rəhbərliyinə təşəkkür edirəm.

Sevda Mirzə (aparıcı): İradə xanım, Azərbaycanda çoxu, Türkiyəyə də gəlib-getdiyiniz üçün burada müəyyən dairələr sizi tanıyır. Amma biz sizin öz dilinizdən eşitmək istəyərdik: İradə Əlili kimdir?

İradə Əlili: İnsanın özü haqqında danışması çox çətindir. Amma bir misal var ki, “Danış, görüm, sən kimsən?” Mən uşaq jurnalistiyəm. Kitabxanaçılıq üzrə mütəxəssisəm. BDU-nun Kitabxanaçılıq və İnformasiya fakultəsi (2012-ci ildən) və Azərbaycan Mədəniyyət və Turizim Nazirliyinin Mədəniyyət İscilərinin İxtisasartırma və Təkmilləsdirmə kursunda saathesabı müəllimə çalışıram. Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasında Fond Şöbəsinin mudiri, Həmkarlar Komitəsinin sədriyəm. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədriyəm.

Sevda Mirzə (aparıcı): Bu qədər ictimai fəaliyyəti necə çatdırırsınız?

İradə Əlili: Təbii ki, insanın içində Vətən sevgisi olandan sonra təmanna güdmədən, heç bir şey gözləmədən bu işləri tənzimləyir. Mən gənclərlə işləməyi, ümumiyyətlə, insanlarla ünsiyyəti çox sevirəm. Kitabxana sahəsində gücüm yetdiyi qədər Azərbaycanın, demək olar ki, bütün kitabxanaçılarına mən ayda iki dəfə dərs keçirəm. Kitabxana sahəsində olan yenilikləri bu təkmilləşdirmə kursları vasitəsilə onlara yetiririk. Buradan bütün çalışdığım yerlərin rəhbərliklərinə, o cümlədən, Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının direktoruna minnətdarlığımı bildiriəm ki, ictimai tədbirlərdə itirak etmək üçün mənə bu şəraiti yaradır.

  Bildiyiniz kimi, qaçqınlar – məcburi köçkünlər var Azərbaycanda. Tez-tez onların yanına gedirəm, mənəvi və az da olsa, başqa köməklər etməyə çalışıram. Sağ əlin verdiyini sol əl bilməməlidir. Təbii ki, bu işlə məşğul olan ziyalılar çoxdur. Biz də dövlətimizin siyasətinə bu cür fəaliyyətlə dəstək olmağa çalışırıq. Kiçik də olsa, qoy bizim də bir əməyimiz olsun dövlətimizin quruculuğunda.

Sevda Mirzə (aparıcı): İradə xanım, dövlət əhəmiyyətli ictimai tədbirlərdə iştirak etməklə yanaşı sizin araşdırma kitablarınız da var. 10 kitab müəllifisiniz. İstəyərdik ki, bu kitablarla bağlı məlumat verəsiniz. Bu kitabları yazmağa sizi nə sövq etdi? Hansı mövzularda çalışmışınız?

İradə Əlili: Əvvəl istəyərdim rəhmətlik anamı xatırlayım. 1976-1977-ci illərdə mənim kiçik yazılarım olub. Amma mən çox da dəyər verə bilmirdim: bunlar nədir və niyə yazıram? Yazılarımı anam toplayırmış. 1993-1994-cü illər olardı, Nəşriyyatda Mehparə adlı bir xanım var idi, biz tanış olduq. 1997-1998-ci illərdə mən ona esse və mənsur şeirlərimi verdim. Mehparə xanım dedi ki: “Mən onları “Azərbaycan gəncləri” qəzetində çap etdirmək istəyirəm”. Doğrudan da bunlar o qəzetdə dərc olundu. Sonralar “Azərbaycan gəncləri”nin adı “Tələbə Press” olaraq dəyişdi. 2003-cü ilə qədər mənim yazılarım bu qəzetdə getdi. Bu, mənim bir ara xaricdə yaşadımın dövrə düşdü. Bir gün anam mənə dedi: “Qızım, bu yazıları bir kitab halında çıxar”. Mən özümü kitabxanaçı və ictimai işlərdə görürdüm. 2012-ci ildə anamın istəyilə kitabımın birincisini nəşr etdirdim. Bundan sonra yenə şeir kitablarım işıq üzü gördü.  

Sevda Mirzə (aparıcı): Demək, ananız içinizdə olan istedadı üzə çıxarıb.

İradə Əlili: Bəli. Mən bunu da demək istəyirəm. 90-cı illərin əvvəlləri idi. 20 Yanvar hadisəsi, Qarabağ müharibəsi, bir neçə il sonra Xocalı soyqırımı, torpaqlarımızın işğalı... Bu hadisələrdən sonra mən ad günlərimi etmirəm. Düşünürəm ki, mən necə ad günü edim, bayram edim? Axı əsirlikdə torpaqlarını itirmiş insanların ürəyi, könlü yaralıdır. Və o zamandan torpaqlarımızdan yazmaq qərarına gəldim. Eyni zamanda, bu böyük məsuliyyətdən qorxurdum. İlk kitabım “Qarabağın Tutusu” oldu. Burada Qarabağda tibb bacısı olmuş, əlil olaraq müharibəyə getmiş Ruxsarə Cumayevadan bəhs etmişəm. Bununla həm də onun əməliyyatına dəstək olmağa çalışdım, ayağında problem var idi.

  Çap olunan bu iki kitabım mənə bir cəsarət verdi. Bir-birinin ardınca Qarabağda vuruşmuş insanlardan yazmağa başladım. Cavahir xanımdan, Ağdam şəhidlərindən, Zəngilan rayonumuzun işğalından, Sabirabadın həm şəhidləri, həm şahidlərindən - Qarabağ qazilərindən yazdım. Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən Xocalı məcburi köçkünlərilə görüşdüm. Onların da ağrı-acılarını qələmə aldım, “Xocalı şahidləri danışır” adlı kitabım ərsəyə gəldi. Bu kitabları yazarkən bir daha inandım ki, Azərbaycanın müharibə zolağında çox böyük müsibətlər olub. Bunları tarixləşdirmək lazımdır. Atatürkün belə bir sözü vardır: “Tarixi yazmaq tarixi yaratmaq qədər çətindir”. Tarixi yazmalıyıq ki, gənc nəsillər bilsin. Mövlana da deyib: “Keçmişlə yaşama, amma keçmişdən dərs al”. İllərdir mənfur qonşularımızın etdiklərini yazmalıyıq ki, gənc nəsil olanları unutmasın. Biz hər zaman ayıq olmalıyıq, çünki düşmənimiz hər zaman oyaqdır və zərbə vurmağa hazırdır.

Sevda Mirzə (aparıcı): Siz də bir İradə Əlili olaraq Azərbaycanın tarixi gerçəkliklərini vətəndaş borcu bilərək ortaya çıxarmağa çalışırsınız.

  İradə xanım, siz həm də bir şairsiniz. Amma şairliyinizin önə çəkilməsini nədənsə istəmirsiniz. Amma bu gün sizdən ürəyinizdən keçən bir şeiri bizə oxumanızı xahiş edirik.

İradə Əlili: Yazdıqlarımızın hər biri bizə əzizdir. Qərənfildən çox yazılıb. Mənim də var. “Ağla, qərənfil” adlı bu şeirimə musiqi də bəstələndi keçən il. Türkiyənin Azərbaycandakı Yunus Əmrə İnstitutunda 6 kitabımın təqdimatı oldu: ikisi şeir, dördü Qarabağla bağlı. Bu mahnını orada mənə sürpriz etdilər. Bu gün mən o “Ağla, qərənfil” şeirini oxumaq istəyirəm. Düzdür, bu gün biz nikbin olmalıyıq. İnşaallah, toqpaqlarımızı alacaq, oralar dönəcəyik. Amma bu ağrı-acıları da yazmalıyıq.

Ağla, qərənfilim, şəhidlər üstə.

Sənin göz yaşların bitməz-tükənməz.

Dağla sinəsini ürəksizlərin.

Şəhidsiz azadlıq, qədrin bilinməz.

Şəhidlər ürəklər yarası oldu.

Tarixdə silinməz bir iz qoyuldu.

Şəhidlik qəlblərdə qala daşıdır.

İgidlik zirvəsi qan yaddaşıdır.

Ağla, qərənfilim, şəhidlər üstə,

Ağla, ağlayıram mən də səninlə.

Baxaraq qan rəngli ləçəklərinə

Sızlayıb hey yanır ürək sinəmdə.

Ağla, qərənfilim, şəhidlər üstə.

  Nə qədər acı çəksək də, bütün bu məlumatları çatdırmağı da bacarmalıyıq. Mən tələbələrimə hər zaman deyirəm: “Düşmənlərimizə və havadarlarına ancaq informasiya ilə qalib gələ bilərik: hətta Qarabağ problemini bilməyən, Azərbaycanı çox tanımayan, məsələyə Ermənistanın gözü ilə baxan xarici ölkə vətəndaşlarına da”. Hal-hazırda bizim torpaqlarda gedir müharibə. Bizim torpaqlarda bizimlə döyüşürlər, mübarizə aparırlar.

  Zori Balayan “Ruhumuzun dirçəlişi” kitabında türk uşağının dərisini necə soyması, ölümünü gözlərilə necə gözləməsini açıq-aşkar yazır, üstəlik bununla ruhunun necə sakitləşdirdiyilə fəxr edir, “Bir türkdən qisasımı bu cür aldım” deyir. Əgər ermənilərin savadlısı belə danışırsa, bunun nadanı nə edir? Onların ziyalıları, alimləri belə iyrənc siyasətlə məşğuldur.  

Sevda Mirzə (aparıcı): SSPİ zamanı bizi dostluq, qardaşlıq adı ilə aldatdılar, bizə erməni kimiləri “qardaş”, havadarları rusları isə “böyük qardaş” deyə təqdim etdilər. Biz onlara qucaq açdıq, torpağımızda yer verdik, ev-yuva qurmalarına icazə verdik, amma bu çox üzüyumşaqlıq bugünkü faciələrimizə səbəb oldu.

İradə Əlili: O zamanlar bizim qan qardaşlarımız olan Türkiyə haqqında məlumatımız çox az idi. Nənələrimiz, babalarımız danışırdı, mahnılara qulaq asırdıq, az da olsa, filmlər izləyirdik. Ürəyimiz burada idi, Türkiyəyə can atırdıq. Rusiya nə etsə də, bizi bir-birimizdən ayıra bilmədi. Çünki qan qardaşını bir-birindən ayırmaq olmaz. Mən verilişlərdə də, tələbələrimə də hər zaman deyirəm. Ermənilər uşaqlarına təkcə: “Azərbaycanlı sənin düşmənindir”, - demir, coğrafiyanı daha geniş götürür: “Türk sənin düşmənindir”, “Sakit ol, yoxsa türk gəlib səni öldürər”, - deyə qorxudur. Mən istəmirəm ki, biz uşaqlarımızı o cür vəhşi və kin-küdurətlə böyüdək. Amma uşaqlarımız həqiqəti bilməlidir ki, ermənilər bizim tarixi düşmənimizdir, onların hər zaman bizim tarixi torpaqlarımızda gözü var, hara gedirlərsə, yer davası edirlər. A.S.Puşkin belə yazmışdı ki: “Ermənisənsə, oğrusan”. Mənim də hər yazımda onlara nifrətim var. Biz istəmərik müharibə olsun, analarımız gözü yaşlı, uşaqlarımız ata-anasız, evsiz, torpaqsız qalsın. Baxın, biz yenə müharibə istəmirik. İstəyirik sülh yolu ilə bizim torpaqlarımız geri alınsın və alınacaq da. Bu gün mənfur düşmənlərimiz murdar ayaqları, murdar nəfəslərilə o torpaqlarda gəzsələr də, biz torpaqlarımızı geri alacağıq. Çünki bizim dövlətimiz gözəl inkişaf edir, sevimli prezidentimiz İlham Əliyev bununçün çalışır.

Sevda Mirzə (aparıcı): Əslində biz ermənilərlə qarşı-qarşıya qalsaq, çoxdan alardıq torpaqlarımızı. Amma erməninin arxasında Rusiya imperiyası və bir xristian birliyi var.

İradə Əlili: Bizim prezidentimiz çalışır ki, sülh yolu ilə bu məsələlər həll olunsun. İnşaallah, torpaqlarımız geri alınacaq. Biz ziyalılar prezidentimizin ətrafında birləşmişik və o xoş günü gözləyirik. Mən inanıram ki, gələcək kitablarımızı, yazılarımızı alacağımız torpaqlarda yazacağıq. Arzum var: Şuşa alınandan sonra Bakıdan Şuşaya köçəcək və ömrümün qalan hissəsini orada yaşayacağam. Mən heç Qarabağı görmədim, amma Qarabağı görmədən Qarabağ sevgisi yaşadım.

Sevda Mirzə (aparıcı): Azərbaycanı bütöv bir bədənə bənzətsək, Qarabağ bizim yaralanmış qəlbimizdir.

İradə Əlili: Bilirsinizmi, Sevda xanım, bunu da demək istəyirəm. Məndən “Haralısan?” soruşanda xoşuma gəlmir. Bəlkə də normal bir sualdır bu, amma mən sevmirəm. Bizim azərbaycanlıyıq. Anam deyərdi: “Beş barmağımız var, birini kəssən, ağrıyacaq və bütün bədənini incidəcək”. Azərbaycan da belədir. Biz bir bütöv olmalıyıq ki, düşmənlər bizə təsir edə bilməsinlər. Bir-birimizi “haralısan” deyə bölüb parçalamayaq. Onsuz da biz bölünə-bölünə gəldik. İndi imkan verməməliyik bölünməyə.

  Bu gün Azərbaycanımızın inkişafı, yadelli işğalçılardan qurtulması üçün biz həmrəy olmalıyıq, ziyalımızdan, müəllimimizdən tutmuş sadə insanacan. Dövlətdən heç nə istəməməliyik. Azərbaycan üçün özümüz işlər görməliyik. Xeyriyyə və maarifləndirmə işlərilə məşğul olmalıyıq. “Mən bunu etdim, dövlətimiz də mənə bunu versin” deməyək. Nə xoş ki, mənim Azərbaycanıma dövlətimizin quruculuğunda, inkişafında, kiçik də olsa, əməyim, payım var.

Sevda Mirzə (aparıcı): Əslində mənim düşüncəm budur: bizim dövlətdən istəyimiz bu olmalıdır ki, hökumət bizi təqdir etməlidir. Təqdir olan yerdə iş görməyən insanlar “Mən də belə edim” deyə hərəkətə keçir. Yəni hökumət və vətəndaş əlbir olaraq işləməlidir.

İradə Əlili: Bəli. Mən ictimai təşkilat yaratdım, bir il çəkmədi ki, təsdiq olundu. Bu, mənim üçün böyük bir uğurdur. Buna görə mən dövlətimizin başçısına minnətdaram. Artıq mənim təşkilatım da qeyri-hökumət təşkilatlarının (QHT) siyahısındadır. Mənim uğurlarımın səbəbi dövlətimə xidmətim və dövlətimin də mənə diqqətidir.

Sevda Mirzə (aparıcı): İradə xanım, sonda sizdən yenə bir şeir istəyirik.

İradə Əlili: Mən uşaqları çox sevirəm. Düşünürəm ki, yaxın gələcəkdə onlar üçün yazdığım şeirləri, hekayələri toplayaraq kitab halına salım.

  Bilirəm ki, hər kəsin uşağı, nəvəsi var. Ona görə onlara da bir uşaq şeiri demək istəyirəm sonda.

Mən nənəmin şəkəri,

Babamınsa canıyam.

Gözəl ata-ananın

Nağıllar dünyasıyam.

Şıltaq, şirin sözümlə

Əmim məni çox sevir.

O qədər şirinəm ki,

Hamı mənə bal deyir.

Büzüləndə dodağım,

Sanki dünya qaralır.

Mən gülüb-danışanda

Ətraf nura boyanır.

  Uşaqları daha çox sevdiyim üçün yaradıcılığımda onlara çox yer vermişəm. Bilirsiniz ki, “Savalan” qəzetində uşaq jurnalisti kimi fəaliyyətə başlamışam. “Savalan” bacarıqlı, istedadlı uşaqların qəzetidir. Hər ay mənim orada yazılarım gedir. Buradan “Savalan”ın rəhbərliyinə - Eldar müəllimə təşəkkürümü bildirirəm. İstedadlı uşaqları tanıtmaqla biz demək istəyirik ki, cəmiyyətimzidə necə gənc nəsil yetişir. İngilis, rus, fransız, ərəb dillərini bilən, gözəl rəsm çəkən, ictimai tədbirlərdə iştirak edən uşaqlarımız var. Bu gün Azərbaycanda gözəl və aktiv gənclik yetişir.



Әlaqәli Xәbәrlәr