• Video Qalereya

Türkiyə iqtisadiyyatının perspektivləri - 14/2018

Türkiyə iqtisadiyyatı  2017-ci ildə əldə etdiyi 7.4 %-lik  artımla əhəmiyyətli nailiyyətə imza atıb.

Türkiyə iqtisadiyyatının perspektivləri - 14/2018

Türkiyə iqtisadiyyatının perspektivləri- 14/2018

Bəs, Türkiyə iqtisadiyyatının bu cür yüksəlişinin səbəbi nədir,  bu müvəffəqiyyətin arxasında hansı faktorlar dayanır?

Türkiyə iqtisadiyyatı 2017-ci ilin son rübbündə 7.4 % artım göstərib ki, bu da ölkə iqtisadiyyatının ötən ildəki müvəffəqiyyətinin  göstəricisidir.

Türkiyə iqtisadiyyatının nümayiş etdirdiyi artım nisbəti təkcə ölkə daxilində əldə edilən nailiyyətdən ibarət deyil.  Bu yüksəliş bir tərəfdən iyirmilik ölkələri arasında liderlikdirsə, digər tərəfdən də İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına üzv ölkələri arasında artım nisbətinə görə ikinci yerdə qərarlaşanmasının göstəricisidir.

Bu səbəbdən də Türkiyə iqtisadiyyatının 2017-ci ildə əldə etdiyi bu yüksəliş  nisbətinin qlobal səviyyədə təsir yaratdığını vurğulamalıyıq.

Xatırladaq ki, beynəlxalq maliyyə  qurumları  il ərzində Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarını  bir  neçə dəfə  nəzərdən keçirib  və bu proqnozlar onların  hər zaman bu məsələdə yanıldıqlarını göstərib. Həmin  proqnozların Türkiyə iqtisadiyyatının yüksəlişi barədə həqiqətləri əks etdirmədiyini diyә bilәrik.

2017-ci ildə xidmət sektorunda 10.7 %, sənaye  sektorunda  9.2 %, inşaat sektoru isə 8.9 %  artım müşahidә olunub.

Bu yüksəlişin arxasında sənaye sektoru dayanır desək səhv etmərik. 2016-cı ildə Ümumi Daxili Məhsulun  20.6 % -i, 2017-ci ildə isə 20.6 %-i  sənayenin payına düşür. Bu da onu göstərir ki, sənaye iqtisadi artıma müsbət təsir göstərib.

Sənaye və istehsala verilən dəstəklərin iqtisadi artım rəqəmləri üzərindəki müsbət təsiri hər zaman aydın şəkildə hiss ediləcəyi üçün qarşıdakı prosesdə xüsusilə maliyyə  məsələsində həll yolları əldə etmənin davamlı böyümənin açarı olduğunu deyə bilərik.

Digər tərəfdən, iqtisadi artımın 2.2 % -i ixracatın payına düşür.

2017-ci ildə artan daxili tələbat  əldə olunan artım nisbətinə böyük töhfə verib. Dövlət tərəfindən, verilən təşviq  və dəstəklərin də iqtisadi yüksəlişə əhəmiyyətli dərəcədə təsiri olub.

Həmin dövrdə sənayə sektorunda irəliləyişlərin əldə olunması maşğulluq  rəqəmlərinə də birbaşa təsir göstərib.

2017-ci ilin son üç rübündə  sənaye sektorunda məşğulluqla təmin edilənlərin sayı  son illərin ən yüksәk göstəricilərinə malikdir.

Bu vәziyyәt Türkiyə iqtisadiyyatının yüksək artım hədəfinə çatmasına nail olmaqla bir tərəfdən də məşğulluğu dəstəkləyərək bu sahədəki geriləməni aradan qaldırdığını göstərir.

Türkiyə iqtisadiyyatının əldə etdiyi bu yüksəliş dinamikasını davamlı etmək və daha yüksək artım hədəflərinə çatmaq üçün qarşıdakı dövr ərzində həyata keçirilməsi nəzərdə tutulan dəstək layihələrin, investisiya mühitinin yaxşılaşdırılması üçün atılacaq addımların miqyasını genişləndirməyə davam ediləcəkdir. 



Әlaqәli Xәbәrlәr