• Video Qalereya

Anqlo-Sakson Bloku-Rusiya gərginliyi və Türkiyənin Balanslaşdırılmış Siyasət Axtarışı

Siyasət, İqtisadiyyat  və Cəmiyyət Araşdırmaları Vəqfinin əməkdaşı Can Acunun “Anqlo-Sakson-Rusiya gərginliyi və Türkiyənin Balanslaşdırılmış Siyasət Aşxtarışı” adlı analitik yazısı.

Anqlo-Sakson Bloku-Rusiya gərginliyi və Türkiyənin Balanslaşdırılmış Siyasət Axtarışı

Anqlo-Sakson Bloku-Rusiya gərginliyi və Türkiyənin Balanslaşdırılmış Siyasət Axtarışı

İngiltərədə sabiq rus cəsusu Sergey Skripalın və qızı Yuliyanın sinir qazı ilə zəhərlənməsindən sonra Anqlo-Sakson bloku kimi tanınan ABŞ-Böyük Britaniya və Qərb ölkələri ilə Rusiya arasında ciddi gərginlik yarandı. İngiltərənin yönləndirməsi ilə təcavüzün arxasında Rusiyanın olduğunu iddia edən ölkələr reaksiyalarını rus diplomatlarını deportasiya etməklə göstərdilər. Rusiyaya qarşı reaksiya selində 25 ölkə (ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Avropa İttifaqı ölkələri) ən azı 140 rus diplomatını deportasiya etdilər. Rusiya Xarici İşlər Nazirliyi isə iddiaları rədd edərək, Skripal olayı ilə əlaqədar İngiltərənin xüsusi təyinatlı qüvvələrini və ingilis kəşfiyyatını günahlandırdı. NATO Rusiyanı bilavasitə hədəf alan siyasət yürütdü. NATO üzvü olan Türkiyə isə törədilən təcavüz aktını qınadı, lakin nə Rusiyanı birbaşa günahlandırdı, nə də digər ölkələr kimi rus diplomatlarını deportasiya etdi.

Rusiya və Qərb Dövlətləri arasındakı Skripal gərginliyi soyuq müharibə dövrünü xatırlatsa da, dünyanın yeni konyukturası fonunda soyuq müharibədən bəhs etmək çox da mümkün görünmür.

Rusiyanın ona arxa olan dövlətlərdən blok yaradaraq Qərb blokuna qarşı  cəbhə açacağını düşünmək rasional bir analiz olmaz. Rusiyanın Krımı ilhaq etməsi, Ukrayna böhranı ilə gərginləşən Rusiya-Qərb əlaqələri, iqtisadi müharibəyə qədər irəliləyən iqtisadi sanksiyalar iki tərəf arasındakı gərginliyi artırır.  Skripal olayı isə kasadakı suyu daşıran son damla rolunu oynadı. Lakin Qərb dünyasının daxili ziddiyyətləri və Almaniya başda olmaqla, bəzi ölkələrin Rusiya siyasəti də diqqətdən qaçmamalıdır.

Rusiya və Qərb arasındakı gərginlik davam etdiyi bir zamanda, Türkiyə balanslaşdırılmış siyasət yürüdür. Türkiyə yaranmış vəziyyətdə milli maraq və mənafelərini nəzərə alan bir münasibət sərgiləyir. Türkiyə Skripal hadisəsi ilə bağlı Qərb müttəfiqləri ilə həmrəylik nümayiş etdirsə də, Rusiya ilə diplomatik gərginliyin qarşısını alır. Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin birlikdə həyata keçirmələri Türkiyənin bu münasibətinin bariz nümunəsidir. Akkuyu Atom Elektrik Stansiyası 4 reaktordan ibarətdir və plana görə, birinci reaktor 2023-cü ildə fəaliyyətə başlamalıdır. Akkuyu AES ümumilikdə 4800MW elektrik istehsal edərək, Türkiyənin enerji tələbatının 10%-ni ödəyəcək.

Eyni zamanda, Rusiya ilə birgə “Türk Axını” layihəsin davam etdirən və ilkin mərhələdə Rusiyadan Türkiyəyə, ikinci mərhələdə isə Balkan ölkələrinə doğru uzanacaq boru xətti layihəsi davam edir. Türkiyənin həyata keçirdiyi digər enerji layihələri ilə bərabər “Türk Axını” layihəsi Türkiyənin enerji mərkəzinə çevrilməsi yolunda əhəmiyyətli bir addımdır.

Lakin Türkiyə yalnız Rusiya ilə deyil, eyni zamanda, Avropa İttifaqı ölkələri və ABŞ ilə də əməkdaşlıq bağlarını möhkəmləndirmək niyyətindədir. Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini almağa dair müqavilə imzalayan Türkiyə NATO ölkələrindən də müdafiə sistemləri almaq üçün danışıqlar aparır. Türkiyə Fransa və İtaliya ilə müdafiə sistemlərinin ortaq istehsalına dair ön müqavilə imzalayıb. Bunlara əlavə olaraq, Türkiyə F-35 qırıcılarının istehsalında aktiv rol oynayan bir ölkədir.

Lakin Türkiyənin NATO müttəfiqləri ilə FETÖ və PKK/YPG gərginliyi davam edir. Eyni zamanda, Rusiya ilə Krım, Ukrayna və Quta məsələlərində problemlərlə üzləşən Türkiyə balanslaşdırılmış xarici siyasət yürüdərək milli maraqlarını maksumum dərəcədə qorumağa çalışır.

 



Әlaqәli Xәbәrlәr