Kürdlər İslamın nəyidir?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_14 (04.IV.2018)

Kürdlər İslamın nəyidir?

Qlobal perspektiv_14 (04.03.2018)

  ABŞ prezidentlərindən biri olmuş Abraham Linkoln "Bəzilərini hərdən, bəzilərini həmişə, amma hamını hər zaman aldada bilməzsiniz”. Aldatma, yalan bir yerə qədər gedər: həqiqət aşkara çıxanacan.

  Qərb mediasında PKK/PYD terror təşkilatı sanki "azadlıq döyüşçüləri" kimi təqdim olunur. Onlara görə bu təşkilat bütün kürdləri təmsil edir. PKK-ya qarşı mübarizə “kürdlərə qarşı”, dəstək isə “kürdlərə kömək” adı ilə verilir. Bu baxımdan Türkiyənin Afrin hərəkatı da kürdlərə qarşı bir hərəkat kimi göstərilir. Çox təəssüf ki, bəzən “Əl-Cəzirə” kimi müsəlman telekanalları da belə deyir.

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur mən Sevda Mirzə.

  Kürdlərdə etnik təmizləmə aparan kürd terror təşkilatları.    

  PKK ən böyük pisliyi elə kürdlərə edib və edir.

  Türkiyə PKK terroruna görə 40 mindən vətəndaşını itirib ki, bunların çoxu kürdlərdir.

  PKK onun ideologiyasını - terror metodunu mənimsəməyən kürdlərə qarşı etnik təmizləmə aparır. Bu səbəbdən Türkiyənin şərqi və cənub-şərqindən milyonlarla adam ölkənin qərbinə, xüsusilə İstanbula axışıb. Kürd köçləri İstanbulu Türkiyədə kürd əhalisinin ən çox yaşadığı şəhərə çevirib. Bəli, PKK terrorundan qaçan insanlar İraq və Suriyadakı kürd bölgələrinə deyil, türklərin daha çox yaşadığı Türkiyənin iç bölgələrinə köç edir.

  Oxşar təmizliyi PKK-nın davamı PYD terror təşkilatı da Suriyada aparır: Amerika Birləşmiş Ştatlarının dəstəyilə Türkiyə sərhədindən Aralıq dənizinə qədər bir terror dəhlizi yaratmaq istəyən PYD, bir zaman PKK-nın etdiyi kimi, başda kürdlər olmaqla, ona dəstək verməyən ərəb və türkmənləri torpaqlarından sürgün edir. Bu səbəbdən yüz minlərlə kürd Türkiyəyə sığınıb.

  DAEŞ-dən qaçanlarla birlikdə bu gün milyonlarla suriyalı Türkiyədə yaşayır. Əlbəttə, bunların arasından da terror təşkilatına dəstək verənlər var, amma bir neçə nəfərə görə bütün kürdləri PKK təmsilçisi kimi görmək olmaz. Bu, Hitleri bütün almanların, Mussolini bütün italiyalıların təmsilçisi görməyə bənzəyər.

  Qərb mediasında tez-tez soruşulan “Kürdlərin də bir milli dövləti olsunmu?” sualına kürd gəncləri müsbət cavab verir. Amma sual verənlər bu sualları niyə soruşmur? 50-dən çox ştatdan ibarət Amerikada müxtəlif irqlərin niyə ayrıca bir dövləti yoxdur? Yaxın Şərqdəki bütün separatçı hərəkatları dəstəkləyən Qərb ölkələri niyə Kataloniyanın müstəqillik hərəkatını dəstəkləmədi? Heç bir terror əməli törətməyən Kataloniyanın müstəqilolma hərəkatının lideri Karls Puiqdemontu (Carles Puigdemontu) Almaniya niyə həbs etdi? Demək, məsələ hər hansı millətin bir dövləti olması deyil, “parçala, böl, hökm et” siyasətidir. Fransa inqilabını araşdıran Edmund Burkenin sözlərilə desək, “Məsələ parıltılı anlayışların nəyə xidmət etməsidir”.

  Hər millətin, bəyliyin, əmirliyin və ya şəhərin bir dövlət olmasını Türkiyə coğrafiyası bundan əvvəl sınaqdan keçirib.

  Səlib yürüşləri zamanı Yaxın Şərqdə çox sayda bəylik, əmirlik və şəhər dövlətləri var idi. O cümlədən, Anadolu da türk bəyləri arasında bölüşdürülmüşdü. Türklər, kürdlər, ərəblər belə öz aralarında bir neçə yerə ayrılmışdı. Nəticədə nə oldu? Bu parçalanmalar hesabına az qala işğal edilməmiş yer qalmadı. Ona görə, səbəbi nə olursa olsun, parçalanma başladısa, bunun haraya qədər gedəcəyini parçalananlar deyil, parçalayanlar müəyyən edir.

  Yüz il əvvəl Qərbin təsirilə ərəblər bu yola girdi və bir ərəb millətinin 23 dövləti oldu. İndi də İraq, Suriya və bəzi Körfəz ölkələrinin parçalanma planları həyata keçirilir. Ona görə deyə bilərik ki, bu gün Yaxın Şərq xalqları tarixlərinin ən zəif və ən bədbəxt dövrlərindən birini yaşayır.

  Baş verənlər açıq şəkildə ortada ikən, ən doğru yol budur ki, kürdlər də daxil olmaqla, Yaxın Şərq xalqları parçalanma deyil, inteqrasiya, birləşmə və paylaşma məsələlərini müzakirə etsinlər.  

Təşkilatdan ayrı kürdlər yaxşı kürdlər deyilmi?

  Qərb mediasında PKK “laik”, yəni dünyəvi təşkilat olaraq təsvir edilir və ona dəyər və dəstək əks olunur. İslam və terror bir-birilə əlaqələndirilərkən “laikləşdirilmiş” kürdlər buna aid edilmir, sekülyarlıq isə bir çarə olaraq məsləhət görülür. Bu vəziyyət quraşdırma beyin əməliyyatından başqa bir şey deyil.

  Bəşəriyyətin qarşı-qarşıya qaldığı, dəhşətli ölüm və ağlasızmaz hərəkətlərin baş verdiyi ən böyük iki fəlakət Birinci və İkinci Dünya müharibələridirsə, hər ikisi dünyəvi, yəni “laik” ölkə və ideologiyalar arasındakı müharibələrdən doğub. Əslində dünyəvi deyil, imperialist ideologiyası desək, daha doğru olar. Çünki istismar istismardır. Bu səbəbdən Qərb ölkələrinin PKK-ya dəstəyi bu terror təşkilatının dünyəvi yox, özlərinə münasib olmasıdır. Məhz buna görə, ictimai, mədəni, dini dəyərlərdən qopan, içindən çıxdığı cəmiyyətə yadlaşaraq özünü qlobal (dünyəvi) adlandıran, hər hansı xarici təşkilat və xüsusən də imperialist dövlətlərə söykənən insanların səyləri əbəsdir: onlar hər dövrdə olduğu kimi, yalnız alət kimi istifadə olunaraq qalacaqlar.   

Bəs bütün bu təbliğatlar niyə aparılır?

  "Tarix ibrət alınmazsa, təkrardır" deyirlər. Bu gün sabahın, dünən isə bu günün güzgüsüdür. Məsələn, tarixə nəzər salaq. Yaxın Şərqdə kürdlər, ərəblər və türklər bir olduğu zaman rahatlıq tapıb və böyük qüvvə ola biliblər. Bir-birlərindən qopduqları, parçalandıqları zaman isə göz yaşı, əzab-əziyyət, zülm və ölümlə üzləşib, dünyanın güc mərkəzlərinin oyuncağına çevriliblər.

  Bir zaman ərəb-kürd-türk vəhdəti tarixdə bölgəyə səlib yürüşlərinin qarşısını ala bilən ən böyük qüvvə oldu. Məsələn, işğal altındakı Qüds kürd sərkərdəsi Səlahəddin Eyyübinin komandanlığı ilə azad edildi və regionda sabitlik bərqərar oldu.

  Qərbin bəzi beyin mərkəzləri bir zaman etdiklərinə müəyyən zamandan sonra yenidən dönür, əsrlərlə yanaşı yaşamış, İslamın bayraqdarı olmuş, Yaxın Şərqin üç faktorundan biri olan kürdləri öz tərəflərinə çəkməyə və onları özlərinin yerli vassalları, əlaltıları etməyə çalışır.

  Səlib yürüşlərinə regiondakı xristianların, xüsusən də, ermənilərin bir qismi qoşulmuşdu. İndi sanki bölgə sabitliyini pozma işini İsrail öz üzərinə götürüb. Diktə edənlər müsəlman cəmiyyətləri müasir imperialistlərin, neo-xaçlı cərəyanların “yerli podratçı”sına çevirmək istəyir. Bununçün də kürdlərin (Marksist-Leninist kimi) bəzi təşkilatların arxasınca getməsi tələb olunur. Elə bu səbəbdəndir ki, DAEŞ-ə qarşı döyüşdükləri önə çəkilərək terrorçu kürdlərin şəninə təriflər yağdırılır. Əsas məqsəd müsəlman məhəlləsində bir ilbiz satacaq icma yaratmaqdır. Əlbəttə ki, kürdlərin əksəriyyəti bu böyük hiylə oyununu başa düşür və qarşı çıxırlar.

  Beləliklə, bütün türk, kürd və ərəblər min illik idrakı qəbul edərək özlərini və gələcəyimiz olan uşaqları imperialist və neo-xaçlı hücumlara qarşı qorumalı, heç birinin köləsi olmamalıdır.



Әlaqәli Xәbәrlәr