• Video Qalereya

Qlobal Perspektiv (02.2018)

Arakanlı uşaqlar sabaha ümidlə baxmalıdırlar

Qlobal Perspektiv (02.2018)

Qlobal Perspektiv (02.2018)

Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi Elmlər Fakültəsinin dekanı, professor Kudret Bülbülün “Arakanlı uşaqlar sabaha ümidlə baxmalıdırlar ” mövzusundakı yazısının mətnini təqdim edirik.

Arakan haqqında danışmağa başlamazdan əvvəl onun yerləşdiyi coğrafiyadan bəhs etmək yerinə düşər. Arakan Myanmanın 7 əyalətindən biridir. Myanma Tailand, Laos, Çin, Hindistan, Banqladeş və Benqal körfəzi ilə əhatə olunmuş bir ölkədir. Arakan isə Myanmanın sahil boyu uzanan ən strateji bölgəsidir.

Arakanda İslamın müsəlman tacirlərin Benqal Körfəzində batan gəmidən xilas olduqdan sonra yayıldığı söylənilir. Arakan müsəlmanları da, Moro müsəlmanları kimi uzun illər öz sultanlıqlarının hakimiyyəti altında yaşayıblar. Arakanlılar imperialist Qərb ölkələrinin qeyri-müəyyən siyasətləri ilə 1885-ci ildə İngilis işğalına məruz qalırlar. Qırmızıdərililərin: “Əgər bir çayda iki balıq savaşırsa, bilin ki, oradan az əvvəl uzun ayaqlı bir ingilis keçib” deyimi bu vəziyyəti tamamilə əks etdirir. Myanma 1948-ci ildə müstəqilliyini əldə etdiyindən sonra problemlər artır.

1962-ci ildə çevrilişlə hakimiyyətə gələn general Ne Win o zamana qədər Birma olan ölkənin adını Myanma olaraq dəyişdirir. Bir partiyalı respublika dövründə müsəlmanları yaşadıqları yerlərdən sürgün etmək üçün hər növ dövlət siyasəti tətbiq olunur. İfrat buddistlərin 969 Hərakatı olaraq tanınan qeyri-insani hücumlarını da unutmaq olmaz.

Arakanlıların on illərdən sonra gəldikləri son  nöqtə kədər, göz yaşı, sürgün və qandır.

Arakan problemini diqqət mərkəzində tutmaq üçün Avropa Rohinqyalılar Şurasının sədrinin və Türkiyə Xarici İşlər Nazirliyi müşavirinin müavini , səfir Ümid Yardımın iştirakı ilə Yıldırım Bəyazit Universitetində iclas keçirildi. İclasa Hollandiyadan qatılan qonaq iki addan istifadə edirdi: La Jo və Məhəmməd Hubeyb. Myanmada diskriminasiyaya məruz qalmamaq üçün hər kəs əsl adı ilə bərabər Myanma adından da istifadə etməyə məcburdur. Biz bu vəziyyəti 1980-ci illərdə Bolqarıstanın Türklərə qarşı tətbiq etdikləri assimilyasiya siyasətindən bilirik.

Düzdür dərd və kədər böyükdür. Lakin insan yaşadıqca ümid də itmir. Bu səbəbdən həll yollarından da danışmaq lazımdır.

  1. Myanmaya beynəlxalq səviyyədə təztiq etmək vacibdir.

Bir yerdə haqq, ədalət deyil, təzyiq və zorakılıq varsa, buranın zalımları ancaq güc hesabına dayandırıla bilər. Bu səbəbdən beynəlxalq cəmiyyətin Myanmaya daha çox təzyiqini təmin edən hər yola əl atılmalıdır. Bu metodu daha çox dövlətlər və beynəlxalq təşkilatlar tətbiq edə bilərlər.

  1.  Ukraynadakı MİNSK qrupu kimi problemin həlli üçün beynəlxalq böhran və həll qrupu yaratmaq lazımdır. Çin və Hindistanın orada həll deyil, daha çox problemin bir hissəsi vəziyyətindədirlər. Yenə də, mümkün olduğu qədər onları da prosesin tərkib hissəsi olaraq saxlamaqla, həll yolu axtarılmalıdır. Bu həll qrupu arakanlıların sağlam bir şəkildə ölkələrinə qayıdışını təmin etməyə və qayıtdıqdan sonra hüquqlarının qorunmasına görə məsuliyyət daşımalıdır.
  2.   Arakandakı zülm, təzyiq və hüquq pozuntularını beynəlxalq səviyyədə səsləndirmək. Arakanlıların Suriyadakı kürdlər kimi hələ də rəsmi şəxsiyyət vəsiqələri belə yoxdur. Bütün dünyanın qeyri-hökumət təşkilatları, könüllü təşkilatlar, öz ölkələrində, və ya beynəlxalq platformalarda bu pozuntuları gündəmə daşıya bilərlər. Hüquqi proseslər başladılmalıdır.
  3.   Banqladeşə yardım etmək. Özü çətin vəziyyətdə olduğu halda yüz minlərlə insana yardım edən Banqladeş tək qoyulmamalıdır.
  4.   Strateji təşkilatları səfərbər etmək. Myanma zülmündə olduğu kimi, harada bir humanitar böhran varsa, Türkiyə, AFAD, Qızılay, TİKA, İHH və digər QHT-ləri ilə hər növ dəstəyi verir. Lakin yalnız humanitar yardımla kifayətlənmək olmaz. Bu məsələdə strateji həll yolu hazırlayan mərkəzlərin, özəl think tank  təşkilatlarının fəaliyyəti də bir o qədər əhəmiyyətlidir.
  5.   Türkiyənin rəhbərliyi ilə daimi beynəlxalq böhran qrupunu yaratmaq.
  6.   Qlobal şüur formalaşdırmaq. Arakan məsələsi də Qüds kimi yalnız müsəlmanlara aid məsələ deyil. Bu növ məsələlərdə beynəlxalq fərqindəlik yaratmaq son dərəcə əhəmiyyətlidir. Bu baxımdan, Əminə Ərdoğanın səfəri olduqca mənalı idi.

Arakanlı uşaqların sabaha qorxu ilə deyil, ümidlə baxa bilmələri üçün səy göstərilməlidir.



Әlaqәli Xәbәrlәr