Türkiyənin İqtisadi Perspektivləri (01.2018)

2017-ci ilidə Türkiyə iqtisadiyyatında baş verənlər...

Türkiyənin İqtisadi Perspektivləri (01.2018)

  Türkiyənin İqtisadi Perspektivləri (01.2018)

Türkiyənin İqtisadi Perspektivləri bölümünü prof.dr. Ərdal Tanas Karagöl yazıb.

Tanas bu bölümdə dünyada və Türkiyədə iqtisadiyyat sahəsində hansı önəmli hadisələrin yaşandığını, Dünya iqtisadiyatı üçün nisbətən müsbət keçən 2017-ci ili, Türkiyə iqtisadiyyatında nələr baş verdiyini qısaca xatırladıb.

Əvvəlcə bunu qeyd edək ki, Türkiyə iqtisadiyyatı xain çevriliş cəhdinin yaşandığı 2016-cı ildən sonra 2017-ci ildə xeyli üstün bir performans ortaya qoyaraq ciddi mənada özünün gücünü yığdı. Bunu həm əldə edilən inkişaf rəqəmlərində həm iş gücü sahələrindəki məşğulluq imkanlarında həm də ixracla bağlı rəqəmlərdə açıq şəkildə görürük.

Türkiyə iqtisadiyyatı hazırda 2017-ci ilin üçüncü rübündə reallaşdırdığı 11,1 böyümə ilə G20 və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri daxilində ən çox inkişaf edən ölkə statusunu əldə etdi.  İlk 9 aydakı orta hesabla 7.4 faiz böyümə nisbəti isə bu vəziyyətin sadəcə ilin ilk üç rübü ilə məhdud olmadığını bütün ilə yayılan önəmli uğur olduğunu sübuta yetirdi.

2018-2020 Orta Müddətli Proqramda 2017-ci il üçün Türkiyə iqtisadiyyatı üçün böyümə proqnozları 5,5 olaraq göstərilirdi. Ancaq ilin üç rübündən aydın olduğu kimi dördüncü rüblə birlikdə inkişaf rəqəmləri xeyli yüksəktir.  2017-ci il üçün nəzərdə tutulan böyümə nisbəti 6,5-7,5 arasında olacaq. Digər tərəfdən böyümənin iş gücü sahəsinə əks etməsinə nəzər saldıqda 2017-ci ildə məşğulluqda eynilə bir qələbə hekayəsi yazıldığını görürük. Ən son sentyabr ayının məlumatlarına əsasən 2017-ci ildə Türkiyə 1 milyon 233 min yeni məşğulluq sahəsi təmin edildi.  Bu bizə 11,2 səviyyəsindəki böyümənin hər sahədə yayıldığını, ev əhalisinə təsir edən ehtiva edici bir böyümə olduğunu göstərir.

Məşğulluq sahəsində əldə edilən bu qələbənin ən önəmli motivasiyası şübhəsiz ki, 2017-ci ilin əvvəlində elən edilən məşğulluq səfərbərliyi oldu. Məşğulluq səfərbərliyində sahibkarlara verilən təşviqlər bugün bu rəqəmlərə çatılmasının və 1 milyondan artıq insanın işlə təmin edilməsinin mənbəyini təşkil edir.

Əlbəttə bu il məşğulluq nisbətində nə qədər də yüksək bir nailiyyət əldə edilsə də işsizlik nisbəti üçün aynı vəziyyətdən bəhs edilə bilməz. Bunun əsas səbəblərindən biri iş gücünə qatılma nisbətində yaşanan artımdır. Məşğulluqda təmin olunan artımla müqayisədə  həmin zamanda iş gücünə də qatılmada yüksək artım qeydə alınması işsizlik nisbətinin düşürülməsində hələ zamana ehtiyac olduğu məlumdur.  İqtisadi böyümənin əsas gücü olan ixracda isə 2017-ci il yenə önəmli artımların qeydə alındığı bir il oldu. 2016-cı ildə təxminən 142 milyard olaraq reallaşan 2017-ci ilin sonunda orta müddətli proqramda isə 2017 ili üçün təxmin edilən 158 milyard dollarlıq ixrac rəqəmlərinin üzərində bir gərçəkləşmə olacağının siqnallarını indidən verir.

2017-ci ildə iqtisadiyyatda ön plana çıxan mövzulardan bir digəri isə inflyasiya oldu. Noyabr ayı etirabı ilə 12,98 faizə çıxan inflyasiya rəqəmləri ilin böyük hissəsində ikirəqəmlilərdə keçirdi. Ancaq bu rəqəmləri artıranın sadəcə daxili dinamikaların olmadığını vurgulamak lazımdır. Bir tərəfdən ərzaq və neft qiymətlərindəki artım kimi qlobal dinamikalar digər tərəfdən də valtuyadakı fəallığın təsiri bu inflyasiya rəqəmlərilə qarşı-qarşıya gətirdi bizi. Digər tərəfdən 2017-ci ildə büdcə kəsirində milli gəlirlə müqayisədə əvvəlki illə nisbətdə bir miqdar artım yaşansa da Maastrichd meyarları olan 3 faizin aşağısında yer aldığı aydındır. Həmin şəkildə bu il dövlət borc ehtiyatlarında da 28,5 ilə 60 faiz olan Maastricht meyarlarına görə xeyli güclü bir performans nümayiş etdirildi.

Son söz kimi 2017-ci il kimi 2018-ci ildə də Türkiyədə davam etdirilə biləcək və ehtivaedici böyümə hədəflərinə çatılacağı uğurlu bir il olmasını arzu edirik.



Әlaqәli Xәbәrlәr