Türk Axını Təbii Qaz Boru Kəməri layihəsinin inkişafı

Enerji ehtiyatı göndərmə təhlükəsizliyi və geosiyasi mövqeyini gücləndirmək baxımından Türk Axını layihəsi Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Rusiya da Türkiyə kimi əhəmiyyətli ticarət partnyoru ilə ixracatını davam etdirmə fürsəti qazanır.

Türk Axını Təbii Qaz Boru Kəməri layihəsinin inkişafı

Dünya iqtisadiyyatından xəbərlər 41/2017

  10 oktyabr 2016-cı ildə ilk imzası atılan Türk Axını Təbii Qaz Boru Kəməri layihəsinin inkişafı sürətlə gedir. Yaxınlarda layihənin dəniz hissəsinin ətraf mühitə təsirilə bağlı hesabat Türkiyə tərəfindən təsdiq edildi. Hesabatda ətraf mühit və sosial təsirlərə qarşı layihənin iş prinsipləri müsbət dəyərləndirilib.  

  Rusiyadan başlayan və Qaradəniz üzərindən Türkiyəyə Kırklarelinin Vize rayonundan daxil olan Türk Axın Təbii Qaz Boru Kəməri Rusiya qazını ilkin mərhələdə Türkiyəyə, buradan da Avropaya çatdıracaq.

  İki ayrı-ayrı boru kəmərilə təbii qaz ötürülməsini təmin edən xətt iki torpaq və iki dəniz hissəsindən ibarətdir. 2017-ci ilin may ayında dəniz hissəsinin tikintisinə başlanan layihənin ümumi gücü 31,5 milyard kubmetr səviyyəsində müəyyən edilib.

  Dünyanın ən böyük təbii qaz ixracatçısı olan Rusiya ehtiyatlarını dünya bazarlarına köçürmənin strateji və təhlükəsiz yollarını müəyyən edərək təbii qaz ticarətində müxtəlif bazarlara çatmaq istəyir. Bu yollar arasında ən çox gündəmdə olan və Türkiyə ilə strateji tərəfdaşlığın davamını təmin edəcək Türk Axını layihəsi Rusiyanın enerji siyasətinin əhəmiyyətli bir parçasıdır.

  Enerji ehtiyatı göndərmə təhlükəsizliyini təmin etmək və geosiyasi mövqeyini gücləndirmək baxımından Türk Axını layihəsi Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Rusiya da Türkiyə kimi əhəmiyyətli ticarət partnyoru ilə ixracatını davam etdirmə fürsəti qazanır.

  Qarşıdakı illərdə daha yüksək səviyyəyə çatacağı proqnozlaşdırılan təbii qaz istehlakı Türkiyə kimi təbii qazı xarici ölkələrdən alan ölkələrin idxal rəqəmlərinə də təsir edəcək. Türkiyə 2016-cı ildə 42 milyard kubmetr təbii qaz istehlak edib, illər keçdikcə bu rəqəmin artacağı gözlənilir. Bu baxımdan Türk Axını Təbii Qaz Boru Kəməri təbii qaza artan tələbatı ödəmək üçün uyğun bir layihədir. Təbii qaza olan ehtiyacı bu layihədə Türkiyənin önəmli ölkələr sırasına konkret addımı kimi qəbul edilə bilər.

  Coğrafi mövqeyinə görə enerji qaynaqlarına yaxın olan Türkiyə bir çox enerji transfer marşrutuna ev sahibliyi edir. Buna görə Türkiyənin qlobal enerji bazarında hədəfi bu sahədə mərkəzi dövlətlərdən biri olmaqdır. Əlbəttə ki, bu məqsədə doğru gedən yolda enerji nəhənglərilə işgüzar tərəfdaşlığın ardıcıllığı mühüm rol oynayır. Məsələn, Rusiya ilə Türkiyə arasındakı əlaqəni bu mərhələyə gətirən təkcə Türk Axını layihəsi deyil. 1997-ci ildə imzalanan Təbii Qaz Alqı-Satqı Sazişi çərçivəsində inşa edilən Mavi Axın Qaz Boru Kəməri ilə iki ölkənin enerji əlaqələrinin bir keçmişə söykəndiyi görünür. Yaxud 2010-cu ildə imzalanan Akkuyu Nüvə Stansiyası Layihəsi Türkiyə ilə Rusiya arasında enerji əlaqələrinin təbii qaz xaricində də inkişaf etdiyini göstərir.

  Beləliklə, Türkiyə dünyanın ən böyük enerji ticarətçiləri arasında yer almağa başlayır və Türk Axını Təbii Qaz Boru Kəməri layihəsi bu yolda ona yeni fürsətlər qapısı açır. Enerji qaynaqları üçün müxtəlif bazarlara girşi təmin etmək müxtəlifliyinə malik Türkiyə bu imkanları ilə enerji bazarına qoyulacaq investisiyalarla uzunmüddətli üstünlüklər əldə edə bilər. Bundan sonra Türkiyənin enerji bazarında strateji mövqeyi daha da güclənəcək və enerji ticarət mərkəzi olmaq yolunda uğurlar qazanacaq.



Әlaqәli Xәbәrlәr