Orta Şərqdə Yeni Tarazlıq Yaradılır?

Orta şərqdə fərqli proseslər cərəyan edir. Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 5 Körfəz ölkəsi- Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Bəhreyn iyunun 5-dən etibarən Qətər ilə diplomatik əlaqələrini dayandırılması barədə qərar verdilər

Orta Şərqdə Yeni Tarazlıq Yaradılır?

Artıq bir neçə gündür ki, Orta şərqdə fərqli proseslər cərəyan edir. Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 5 Körfəz ölkəsi- Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Bəhreyn iyunun 5-dən etibarən Qətər ilə diplomatik əlaqələrini dayandırılması barədə qərar verdilər. 'Bu vəziyyət böyük bir böhranın müjdəçisidır' deyə bilərik. Çünki onun təsir sahəsi çoxdan Körfəz ölkələrinın sərhədlərini keçib.

Altı ölkənin tutduğu mövqedən təsirlənən ölkələr bir-bir Qətər ilə olan münasibətlərini kəsməyə və  sanksiyalar tətbiq etməyə başladılar. İordaniya əlaqələrin səviyyəsini aşağı salmağa qərar verdi. Seneqal və Maldiv Adaları də münasibətlərini kəsdiklərini bildirdilər. Mərakeş Doha uçuşlarını dayandırdığını açıqladı. İsrail Qətərə tətbiq edilən sanksiyalardan ağız dolusu danışır. Qətəri  dalana  sıxışdırmağa çalışırlar.

Nə üçün hədəfdə məhz Qətərdir? Qətərin əleyhinə mövqe tutan ölkələr necə bu qədər sürətlə bir araya gəldilər? Tətbiq olunan sanksiyaların əsasında nələr durur? Bütün bunlar bölgəni Qətər üzərindən  yenidən formalaşdırma cəhdləridirmi?

Qətərin hansı səbəblərdən hədəfdə olduğunu aydınlaşdıra bilsək, bütün bu sualların da cavabını verə bilərik.

Qətər niyə hədəfdədir?

Son 20 ildə Qətərin iqtisadiyyatı sahib olduğu karbohidrogen ehtiyatları və həyata keçirdiyi böyük miqyaslı enerji sərmayələri ilə çox inkişaf etdi və ölkə bölgədə siyasi  güc olma potensialını nümayiş etdirdi. Qətər iqtisadi müstəvidə Birləşmiş Ərəb Əmirlikləri, siyasi müstəvidə isə Səudiyyə Ərəbistanı ilə rəqabətə girə bilən  ölkə mövqeyinə yüksəldi.

Əslində, Qətər və Səudiyyə Ərəbistanı arasındakı rəqabətin mövzusu yalnız siyasi məsələlərlə əlaqədar deyil. İki ölkə son illərdə düşən neft qiymətləri ilə bağlı problemlər yaşayır. İqtisadiyyatının böyük hissəsi neft gəlirlərinə söykənən və dünyanın ən böyük neft istehsalçısı və ixracatçısı  olan Səudiyyə Ərəbistanı  neftin ucuzlaşmasından sonra qarşılaşdığı iqtisadi çətinlikləri dəf etməli idi. Bu səbəbdən, həm əhalisinin sayına və ərazisinə görə bölgənin ən kiçik ölkələrindən biri olan, həm də  Neft İxrac Edən Ölkələr Birliynin üzvü olan, bölgənin yaramaz və sözə qulaq asmayan uşağı kimi görünən Qətəri özünə hədəf seçdi. Bu mövqe  Səudiyyə Ərəbistanının maraqlarına uyğun idi.

Bu məqamda Qətərin  enerji profilinə diqqət çəkmək faydalı olar. Qətər Rusiya və İrandan sonra dünyanın 3-cü ən böyük qaz ehtiyatlarına malik olan ölkədir. Bu siyahıda Qətəri Amerika və Səudiyyə Ərəbistanı təqib edir. Hazırda 24,530 milyard kubmetrlik qaz ehtiyatları olan Qətərin əhalisinin sayı təxminən 2,5 milyondur. Bu səbəbdən ölkədə hasil olunan qazın böyük həcmi ixrac edilir. Son 20 il ərzində mayeləşdirilmiş qaz (LNG) ağırlıqlı sərmayələri və  böyük miqyaslı istehsal artımı sayəsində Qətər dünyanın 4-cü büyük qaz istehsalçısı və 2006-ci ildən etibarən ən böyük mayeləşdirilmiş qaz ixracatçısı mövqeyindədir. Dünya Mayeləşdirilmiş Qaz Bazarının qurucusu  olan ölkə, eyni zamanda, dünyanın 8-ci büyük neft ixracatçısıdır.

 Qətər yüksək ixrac rəqəmləri ilə dünyada ən sürətlə böyüyən və ən yüksək adam başına düşən milli gəlirə sahib olan ölkələrdən biridir. Qətərin boru kəmərləri ilə kifayətlənməyərək, gəmiləri vasitəsilə mayeləşdirilmiş qaz ixrac etməsi, coğrafi olaraq ona uzaq olan ölkələrlə də yaxın əlaqələr qurmasına səbəb oldu. Bu vəziyyət bölgənin və  dünyanın aparıcı qalıq yanacaq ixracatçısı olan ölkələri narahat etməyə başladı.

Qətər "Əl-Jazeera" media qrupu vasitəsilə beynəlxalq platformada ön plana çıxa bildi. Beləlilə, ölkənin siyasi müstəvidə də güclü aktyor olmasına imkan yarandı.

 Digər tərəfdən, bölgənin və dünyanın ən əhəmiyyətli  inkişaf etməkdə olan ölkələrindən biri olan Türkiyə ilə olan yaxın münasibətləri iki ölkənin inşaatdan enerjiyə qədər bir sıra sahələrdəki əməkdaşlıqları və Qətərin Türkiyədə həyata keçirdiyi böyük sərmayələr  bir çox Körfəz ölkəsinin narazılığına səbəb oldu.

 Bütün bunlar nəzərə alındıqda, Qətərə qarşı başladılan fəaliyyətlərin səbəbi ortaya çıxır. Bu, bölgədə yaşanan yeni bir hal deyil. Qlobal güclər bölgə ölkələrindən istifadə edərək, Qətərin dəyişdirə biləcəyi regional qüvvə tarazlığının qarşısını almaq niyyətndədirlər. Yəni, məqsəd mövcud qüvvə  tarazlığının davam etməsini təmin etməkdir. Bu gün Qətər, sabah başqa bir ölkə. Tarazlığı dəyişdirmə potensialına malik  olan ölkələri nəzarət altına almaq başlıca hədəfdir.

 

 



Әlaqәli Xәbәrlәr