İqtisadi Qurumlarda Yenidənqurma

Türkiyə 16 aprel referendumunda prezidentlik sisteminə keçməyə qərar verməklə yeni bir dövrün astanasına gəldi. Dəyişmə və yenidənqurma hədəflərinin müəyyən olunduğu yeni sistem Türkiyənin yenidən formalaşma prosesinin hərəkətverici qüvvəsidir.

İqtisadi Qurumlarda Yenidənqurma

Türkiyə 16 aprel referendumunda prezidentlik sisteminə keçməyə qərar verməklə yeni bir dövrün astanasına gəldi. Dəyişmə və yenidənqurma hədəflərinin müəyyən olunduğu yeni sistem Türkiyənin yenidən formalaşma prosesinin hərəkətverici qüvvəsidir. Siyasi mexanizmin yenilənməsinə səsbəb olacaq bu sistem bir sıra sahədə olduği kimi, iqtisadiyyatda da yenidənqurma işlərini sürətləndirəcək.

İqtisadiyyatda yeni uğur hekayəsi yazmaq üçün yol xəritəsinə ehtiyac vardır. Lakin yol xəritəsini həyata keçirilməsi üçün ilk növbədə, institusional dəyişikliklər lazımdır.

Yenidənqurulma nəticəsində  iqtisadi qurumlar arasında qarşılıqlı əlaqə, əməkdaşlıq təmin olunacaq. Bu prosesin ən əhəmiyyətli cəhətlərindən biri nazirliklər və iqtisadi qurumlar arasındaki əlaqələrin sağlam təməllər üzərində qurulmasıdır. Beləliklə, yenidən formalaşdırılmış nazirliklər ahəngdar şəkildə qarşılıqlı fəaliyyət göstərəcəklər, eyni zamanda, iqtisadi qurumların daxilində koordinasiyalı iş təmin olunacaq.

Yenidənqurma prosesində iqtisadi qurumların funksiyaları yenidən müəyyən olunacaq. Məsələn, Türkiyəni uzun illər ən çox narahat edən məsələlərdən biri qurumlardakı lazımsız iyerarxiya və bürokratik maneələrdir. Yenidənqurma bu problemlərin arada qaldırılması üçün həll yolları təqdim edə bilər. Müəyyən olunmuş həll yolları ilə təsirli və müvəffəqiyyətli iş sistemi yaradıla bilər. Bu  prosesdə qurumlararası bürokratik maneələr azaldığı təqdirdə iş qısa müddətə görülər və daha məhsuldar bir iş sisteminin ortaya çıxması mümkün olar.

Qurumlarında yenidənqurma aparılan bir ölkə iqtisadi hədəflərini daha asan əldə edər. 2023 və 2053-cü illərə aid hədəfləri olan Türkiyənin yenidənqurmaya böyük ehtiyacı vardır.

İnkişaf etməkdə olan ölkələr sırasında yer alan Türkiyə iqtisadiyyatının dinamikasını artırmaq üçün mövcud konyukturda daha sürətli və aktiv olmaq məcburiyyətindədir. Türkiyənin inkişaf etmiş ölkə iqtisadiyyatları arasında ola bilməsi və ölkədə adam başına düşən milli gəlirin artırılması üçün iqtisadi  qurumlarda dəyişikliklərin aparılması zəruruidir.

Ən əhəmiyyətlisi isə orta gəlir qrupundan çıxaraq yüksək gəlirli iqtisadiyyatlar arasında yer almaq, daha doğrusu, orta gəlir tələsinə düşməmək üçün bu dövrdə təşkilati yenidənqurulma açar əhəmiyyətli məsələdir.

Digər tərəfdən, dünya iqtisadi güc tənasübünün Türkiyə kimi inkişaf etməkdə olan ölkələrə tərf meyl etdiyi bir zamanda  Türkiyə təşkilati yenidənqurma işləri sayəsində qarşısına çıxan fürsətlərdən daha səmərəli istifadə edə bilər.

Türkiyənin iqtisadi inkişafı sürətləndirilməsində həyata keçirəcəyi islahat və struktur dəyişikliklərlə 2019-ci ilə qədər təşkilati quruluşu daha səmərəli hala gətirməsi gözlənilir. Bu hal ölkədə daha fəal və funksional iqtisadi qurumları ortaya çıxaracaqdır.

Struktur dəyişiklik aparılan qurumlar iqtisadiyyatın üzərindəki qeyri-müəyyənliyi aradan qaldıraraq sərmayəçi  üçün etimad mühiti yaradacaq, eyni zamanda, sərmayələrdə artımı təmin edəcək. Türkiyənin yüksək böyümə rəqəmlərini əldə etməsi, qlobal bazarlarda rəqabət edə biləcək səviyyəyə çatması və xarici sərmayələrin yatırılma məkanına çevrilməsi  üçün təşkilati yenitənqurma artıq bir zərurət halını almışdır.

Beləliklə, prezidentlik sistemi Türkiyə iqtisadiyyatının qarşısında duran bir çox əngəlin aradan qaldırıldığı, problemlərin aşkar edildiyi və daha sağlam həll yollarının tapıldığı yeni siyasi düzəni yaradacaqdır. Türkiyədə sürətli və səmərəli qərarvermə mexanizminin həyata keçirilməsində təsirli olacaq bu yeni təşkilati struktur iqtisadiyyatda müəyyən olunan hədəflərə çatmağı asanlaşdıracaq.

 Qarşıdakı dövrdə ölkə iqtisadiyyatının ən əsas ehtiyaclarından biri olan institusional dəyişikliyin edilməsi üçün konkret addımlar atıldığı təqdirdə Türkiyə iqtisadiyyatı daha müsbət bir prosesə daxil olacaq.



Әlaqәli Xәbәrlәr