Ahəngdar bir dünya nizamı mümkündürmü?

Türkiyə Dövlət Rəhbərliyinin sözçüsü cənab İbrahim Kalının “Daily Sabah” qəzetində dərc olunan məqaləsi.

Ahəngdar bir dünya nizamı mümkündürmü?

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan son bəş hәftә әrzindә Hindistan, Rusiya, Çin, ABŞ vә Brüssəldә görüşlәr keçirdi. Xaos mühitindә olan bəynәlxalq sistemә sülh vә nizamın nəcә gәtirilә bilәcәyi məsələsi Ərdoğanın diqqət mәrkәzində oldu.

Rəsmi Ankara, Dehli və Moskvadan Pekinə, Washingtona, Avropa paytaxtlarına və dünyanın geri qalan hissəsinə qədər Suriya müharibəsi, beynəlxalq terror, populist və irqçi hərəkətlərin artması və qlobal istiləşmədən əlavə dünyamızın gedişatı haqqında ciddi narahatlıq mövcutdur.

Xaos və nizamsızlığın qlobal səviyyədəki mövcud durumunun müxtəlif siyasi və iqtisadi səbəbləri var. Milli dövlətləri qarşı-qarşıya gətirən güc tarazsızlığı, geniş dairəli nəticələrin səbəb olduğu gərginliklər ortaya çıxarır. Suriyadakı vətəndaş müharibəsini nümunə kimi göstərə bilərik. Toqquşma 6 ildir yüz minlərlə insanın  həyatını itirməsinə səbəb olaraq 21-ci əsrin ən faciəli müharibəsinə çevrildi. Bu müharibə başa çatmaz çünki rəqib qüvvələr Şərqi Aralıq dənizindəki mənfəət və gündəmlərini canlı saxlamaq üçün birinin onların adına olan müharibəsinə ehtiyac duyurlar.

Bu arada Afrikadakı yoxsulluq, rüşvətxorluq və bərabərsizlik həllini tapmadan davam edir; bunların həlli çətin məsələ olduğu üçün deyil, dünyanın varlı millətləri zəngin və təhlükəsiz qalsın deyə Afrika bir müstəmləkə qitəsi və ucuz iş gücü kimi istifadə edildiyi üçündür. Yaxın tarixdəki ən böyük qaçqın böhranlarından biri, insanlıq şərəfinə uyğun olaraq müzakirə edilmir; çünki güclü olanlar bu qaçqınlar ölkə sərhədlərindən içəri daxil olmadığı müddətdə buna problem kimi yanaşmırlar. Varlılarla yoxsullar arasındakı uçurum dərinləşərək böyüməkdə davam edir. Bunun səbəbi isə həyata keçirilə biləcək həll yollarının az olmasından mənbələnmir. Əslində bunu belə işıqlandırmaq mümkündür: həyatımızda köklü dəyişikliklər etmək istəmirik və dünyada bizdən başqa sakinlərin problemlərinə başqa cəhətdən yanaşmağa və problemlərini həll etməyə həvəsimiz yoxdur.

Dünyamız indiyədək olduğundan daha varlı, bəşəriyyət tarixinin hər hansı dövründən daha bütövləşmiş və təcrübəlidir. Bu halda belə elmi fəaliyyətlərin yaxud məntiqli seçimlərin az olmasından yox daha ciddi olan bir problemdən  əziyyət çəkilir. Belə ki, qlobal ölçüdə məna, məqsəd və istiqamət itirilib. Mövcud qlobal sistemdə gördüyümüz nizamsızlıq və xaos əslində kim olduğumuz və nə olmaq istədiyimizə dair daha dərinlərdə dayanan ahəngsizlik və uyğunlaşa bilməməyin bir əks-sədasıdır.

Qədim müdrikliyə görə, sülh və uyğunlaşma öz içimizdə olmadığı müddətdə, xarici dünyada təmin edilə bilməz. Ruh və maddədə ahəng, tarazlıq, nizamda uyğunlaşma, doyum və vahidlik insani yaşam mühitimizi formalaşdırır. Buna görə də cənnət və dünya ilə kainat və biz insanlar arasında sülh və bir-birini tamamlayan bir kosmik nizam təmin edilir.

Əflatun özünün fəlsəfi və siyasi qurğusunu mərkəzi bir məfhum olan uyğunlaşma üzərində inşa edərkən bu nöqtəni nəzərdə tuturdu. Filosofun  vəzifəsi ruh və maddə arasında olan əsas ahəng və barışı göstərməkdir. Müdriklik bu balansı bütövlükdə mövcud olmaq və şüur səviyyələrində ortaya çıxarmaq və qorumaqdır. Əsas çətinlik kamillik və azadlığımızdan yayınmadan ahəng və gözəlliyin prinsiplərinə əməl etməkdir. Ancaq uyğunlaşma sadəcə bir estetik termini deyildir. Mövcudluq olaraq doğruluq və ədalətə əsaslanır. Saxtakarlıq və qərəzliyə əsaslanan heç bir sistem nizam və tarazlığı davam etdirə bilməz. Buna oxşar şəkildə ədalət ictimaiyyətdə sülhü və uyğunlaşmanı təmin edən açardır; çünki ədalət “hər şəyi uyğun olan yerə qoymaq və hər şəyə haqqını vermək”dir. İctimaiyyət bir tərəfdən öz üzərinə düşən rolu doğruluq və ədalətə uyğun şəkildə yerinə yetirdiyi zaman, digər tərəfdən də hər kəs azadlığını mühafizə etdiyi zaman uyğun hala gəlir. İnsan bədəni, hissələrinin hərəsi özünə uyğun şəkildə öz işini gördüyü zaman, ahəngli və düzgün sistemə çevrilir.

İslami ənənədə sülh (əs-salam) və ahəng (əl-mizan) yaradılış aləminin onurğasını təşkil edir. Kainatı bir arada tutan kosmosdakı nizamın əsası olaraq xidmət göstərir. Ancaq bütün bunlar həmin zamanda daxili aləmimiz üçün də mürşid olur. Buna müqabil ahəngsizlik mövcudluğun vahidliyini və bütövlüyünü parçalayaraq  daxildə xaosa səbəb olur. İctimai-siyasi müstəvidə çaxnaşmalara, mühəribəyə və ədalətsizliyə gətirib çıxarır. Fərdi müstəvidə isə narahatlıq kədərə və əziyyətə səbəb olur.

Gözəllik sülh və ahənglə birbaşa əlaqələdir. Qurani-Kərimə görə Allah kainatı müəyyən “nizam” və müəyyən bir “iqbal” (Qədr surəsi) içində yaradıb. Bu vəziyyət kainatda gördüyümüz ahəng içindəki gözəlliyin əsasını təşkil edir. Quran bizə meydan oxuyur: kainata  baxın, bir dənə də ahəngsiz, bərabərsizlik görə bilirsinizmi!, deyir (Mülk surəsi 67/1-4). İnsanlar bu kosmik nizamın bir hissəsidir və onlardan bu ahəng və gözəlliyi öz daxili aləmlərinə əks etdirmələri gözlənir. Sülh, nizam və ahəngdən ibarət kosmik əsasların pozuntusu insan ruhuna çürümə və pozulma gətirərək ətrafını da məhv edir.

Hal-hazırda mövcud olan dünya sistemində çaxnaşma, nizamsızlıq və təxribat hər hansı açıqlama ilə izah edilə bilməyəcək səviyyədə kədərə və əziyyətə səbəb olur. Bu vəziyyətin ictimai-siyasi və iqtisadi səbəblərinə siyasi iradə və müdrikliklə nəzər salınmalıdır. Bununla yanaşı planetimizin gələcəyi və insanlığın vahidliyi üçün bəslədiyimiz ümidləri koraldan bu gedişin dərindəki səbəblərini də görmək məcburiyyətindəyik. Sadə həqiqət budur: hər şəydən əvvəl ruhlarımız ahəng, sülh və gözəllik prinsiplərini mənimsəmədiyi müddətdə siyasi nizam və iqtisadi bərabərliyə əsaslı sistem yarada bilməyəcəyik.



Әlaqәli Xәbәrlәr