Stressi azaltmağın yolu

Alimlər bildirirlər ki, həftədə bir dəfə ağlamaq psixika üçün xeyirlidir.

Stressi azaltmağın yolu

Alimlər bildirdiyinə görə, həftədə bir dəfə ağlamaq psixika üçün xeyirlidir.
Yapon alimləri müəyyən ediblər ki, həftədə bir dəfə axıdılan göz yaşları  insanın mental sağlamlığına bir fincan çobanyastığı çayından da yaxşı təsir göstərə bilər. 
Alimlərin fikrincə ağlamaq stressi azaltmaq üçün yuxu və gülüşdən daha təsirlidir. 
Emosianal musiqi dinləmək, kədərli filmlərə baxmaq əhval-ruhiyyə üçün  önəmlidir. Belə ki, bu yolla ürək ritmini zəiflədən parasimpatik sinirlərin aktivliyi artır. 
"Əgər siz həftədə bir dəfə ağlayırsınızsa onda stressiz yaşaya bilərsiz” deyə alimlər bildirirlər.
Deməli ağlamaq bir terapiya formasıdır.


Etiketlәr: stress , ağlamaq

Әlaqәli Xәbәrlәr