Diqqətiniz asanlıqla dağılırsa, səbəbi nədir?

Bir iş görərkən, ya da dərs çalışarkən diqqətiniz asanlıqla dağılır. Başladığınız bir işi bitirə bilməməyin səbəbkarı siz olmaya bilərsiniz...

Diqqətiniz asanlıqla dağılırsa, səbəbi nədir?

  Alimlər bəzi insanların niyə işdən qaçmağa meyilli olduğunu araşdırıb. Məlum olub ki, tənbəllik və iş görməkdən çəkinmək meyli beynin amiqdala hissəsilə bağlıdır.

  Amiqdala insanın həvəs və duyğularına nəzarət edir. İşdən çəkinməyə meylli insanlarda amiqdala böyükdür və beyin mərkəzilə əlaqəsi zəifdir.

  Amiqdalası böyük olan insanlar duyğuları süzüb diqqət dağınıqlığına nəzarət etmək məsələsində problem yaşayır. Bu səbəbdən belə insanlar ətrafdakıları yanında daha utancaq olur, tərəddüdə qapılıb işi təxirə salmağı üstün tutur.

  Alimlərin fikrinə görə, beyni tərbiyə etmək mümkün deyil. Sadəcə iş görən zaman diqqəti dağıdan nə varsa, hamısını azaldaraq planları addım-addım tətbiq etmək lazımdır.



Әlaqәli Xәbәrlәr