Yüksəkkalorili qidalar süd vəzisi xərçəngi riskini artırır

ABŞ-ın Vaşinqton Universitetinin alimləri araşdırma zamanı ana olmağa hazırlaşan qadınlarda piylənmənin onlarda və gələcək nəsillərdə xərçəng xəstəliyi riskini artırdığını aşkar ediblər.

Tədqiqatçılar yüksəkkalorili qidaların genetik dəyişikliyə səbəb olduğunu bildiriblər. Yağlı qidaların nəsillərarası təsirini öyrənmək üçün siçanlar üzərində təcrübə aparılıb. Bunun üçün siçanlar iki müxtəlif mərhələdə cütləşdirilib. Ana bətnində yüksəkkalorili, yağlı qidalanmaya məruz qalan dişi siçanlarda və ya ondan sonrakı dişi nümayəndələrdə süd vəzisi xərçəngi riskinin yüksək olduğu və hətta bədxassəli şişlərin əmələ gəldiyi məlum olub.

Mənbə:AZƏRTAC 

Әlaqәli Xәbәrlәr